Səhiyyə Nazirliyi tibb sahələri üzrə mütəxəssis-ekspertlərin sayını artıracaq


Sumqayit.tv xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcəkdir.
 
İndiyədək mövcud olan “Baş mütəxəssis” institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.
 
Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.
 
Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.

8-09-2021, 12:26 95
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836