FHN Gəncə məktəbində maarifləndirmə tədbiri keçirib


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 18 nömrəli tam orta məktəbdə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Sumqayit.tv xəbər verir ki, Gəncə şəhər Təhsil idarəsinin rəhbər işçilərinin, məktəbin pedaqoji kollektivi və texniki heyətinin iştirak etdiyi tədbirdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Mütəxəssislər ərazilərin daim təmiz vəziyyətdə saxlanılması, bina və qurğuların normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı zəruri hərəkətlər və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının vacibliyi barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, yanğına qarşı su təchizatı qurğularına aid edilən hovuzların, kəmərlərin, çənlərin və hidrantların saz vəziyyətdə saxlanılmasına daimi diqqət yetirilməlidir.
Sonda mövzularla bağlı suallar cavablandırılıb.

6-09-2021, 17:38 118
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836