İspaniya-Azərbaycan: turizm imkanları


İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez arasında müzakirə edilib.

Sumqayit.tv xəbər verir ki, Fuad Nağıyev xanım Patrisia Serrano Sançezi Azərbaycan üzrə yeni müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
 
Görüşdə Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin ölkə turizminin təbliğatı istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək ölkəmizin bu sərgilərdə iştirakından danışıb.
O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda müvəqqəti işlər vəkilini məlumatlandırıb.

Xanım Patrisia Serrano Sançez öz növbəsində ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb. O, postpandemiya dövründə turizm sahəsinin bərpasından sonra qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.
 
Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, İspaniya Krallığı epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında yer alır.


16-09-2021, 11:53 128

Digər xəbərlər

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
27-03-2024, 12:40
27-03-2024, 12:38
27-03-2024, 11:19
27-03-2024, 11:08
27-03-2024, 11:05
27-03-2024, 11:03
27-03-2024, 11:02
27-03-2024, 09:55
27-03-2024, 09:30
26-03-2024, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 826