44 günlük müharibəyə sözardı


Düz 1 il öncə - 27 Sentyabr 2020-ci il tarixində bütün azərbaycanlıların ürəyi bir döyünməyə başladı. Müharibənin başladığı xəbərini alan hər kəs döyüş meydanına can atır, səfərbərlik üçün qeydiyyatdan keçir, orduya müxtəlif ləvazimatların göndərilməsi üçün yollara axışırdı. Yol boyunca uşaqdan böyüyə hər kəs əllərində bayraqlarla döyüşə yollanan əsgərlərə ruh yüksəkliyi verirdi. O döyüşçülər uzun illərin həsrətinə son qoyacaq qələbə müjdəçiləri, o yollar isə Şuşaya qədər uzanacaq zəfər yolları idi.  Uzun illər ərzində bu konfliktin sülh yolu ilə həll olunmasına çalışan Azərbaycan və münaqişənin nəinki həll olunmasına imkan verən hətta yeni torpaq iddialarına düşən xəyalpərəst Ermənistan. Bu yeni iddialar, hücumlar, atəşkəsin pozulması halları Ermənistanın sonunu gətirdi. Zəif, kasıb, hərc-mərclik hökm sürən bir dövlət yeni ərazi iddiaları ilə çıxış etməməli idi.  44 gün ərzində 30 ilə yaxın həsrətə son qoymaq təkcə rəşadət nümunəsi deyil, həm də doğru hesablanmış, düşünülmüş, planlanmış uzaqgörən siyasətin göstəricisi idi. Bəlkə, illər öncə də müharibə yolu ilə torpaqları geri almaq olardı, amma o zaman daha çox insan itkisinə, texnika sərfiyyatına və zamana ehtiyac olardı. Doğru zamanı gözləmək, sərrast planlar qurmaq və dünya miqyasında uğurlu siyasət aparmaq bu müharibənin cəmi 44 gün ərzində başa çatmasına səbəb oldu.  Bu gün müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasət hələ illər öncə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsidir. Hələ 20 illər öncə yeni nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün planlar işlənib hazırlanmışdı. Ömrünün bahar çağında canını vətənə qurban verməyə hazır olmaq yalnız uğurlu planlanmış tərbiyənin, vətənpərvərlik ruhunun göstəricisidir. Müharibəyə yollanan hər bir əsgərin ali məqsədi torpaqları işğaldan azad etmək, lazım gələrsə bu yolda şəhidlik zirvəsinə ucalmaq idi. Vətən bizim namusumuzdur, namusunu hifz etməyə, bayrağını yüksəltməyə, cümlə gənclər müştaqdır! Bu gün o bayraq Şuşada dalğalanır. Və əgər Ermənistan öz sərsəm xəyallarından əl çəkməzsə, bayrağımız tarixi Azərbaycan torpağı olan İrəvanda da ən qısa zamanda dalğalanacaq. Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun müzəffər Ali Baş Komandanımıza!
İmza: Əvəz Abılov





28-09-2021, 12:49 130

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839