Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçirilib


Oktyabrın 1-də Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təşkil olunub.
 
Sumqayit.tv xəbər verir ki, Forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edərək təşkilatçılara və spikerlərə təşəkkür edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını dilə gətirib. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrikini çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.
 
Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini qeyd edib. Nazir eyni zamanda COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib. 
 
Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb. 
 
Daha sonra T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Gününə həsr olunan forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030:  Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.
 
Beynəlxalq forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxer, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yardıcısı Maykl Fullan,  dünyada məşhur "edX" platformasının qurucusu, MIT-in professoru Anant Agarval, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan Academy"-nin qurucusu Sal Xan təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşüblər.
 
"Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib.
 
Qeyd edək ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutub. Forumun informasiya tərəfdaşı "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalıdır. 
https://youtu.be/OhB8iSMk5hY

2-10-2021, 16:02 179

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839