Bu iki məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19 628 şagird bitirib və onların 19 172 nəfəri buraxılış imtahanında iştirak edib.
Sumqatit.tv Report.az-a istinadən xəbər verir ki, şəhərin məzunlarının buraxılış imtahanında topladıqları orta bal ölkə üzrə orta göstəricidən tədris dili fənni üzrə (59.44) 19.61%, riyaziyyat fənni üzrə (33.96) 15.35%, xarici dil fənni üzrə (45.23) 22.93%, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (138.64) isə ölkə üzrə orta göstəricidən 19.67% yuxarıdır.
Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.42%-i 30 və daha az, 50.09%-i 30-70 intervalında, 37.48%-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 55.53%, 31.69% və 12.78%, xarici dil fənni üzrə isə 37.90%, 39.32% və 22.78% olub. Ümumilikdə 19421 nəfər attestat alıb. Attestat alanların 82.33%-i (15989 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 61.21%-i (11888 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9971 məzunu (imtahanlarda iştirak edənlərin 55.47%-i) tələbə adını qazanıb. Onların 55.06%-i (5490 nəfəri) dövlət, 2.35%-i (234 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 33.11%-i (3301 nəfəri) dövlət, 9.49%-i (946 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhərin məzunlarının 2010 nəfəri 500-dən, o cümlədən 573 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 10.58% (1692 nəfər), 100-200 intervalında 23.44% (3748 nəfər), 200-300 intervalında 22.38% (3578 nəfər), 300-500 intervalında 31.03% (4961 nəfər), 500-dən yuxarı 12.57% (2010 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 43.60%-i 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4.67%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45.53%-dir. Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb

23-06-2021, 15:34 320

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Bu gün, 13:10
Bu gün, 12:34
Bu gün, 11:48
Bu gün, 11:24
Bu gün, 11:08
Bu gün, 11:05
Bu gün, 11:03
Dünən, 18:25
Dünən, 18:23
Dünən, 14:17
Dünən, 13:53
Dünən, 13:45
Dünən, 13:43
Dünən, 13:41
Dünən, 13:35
Dünən, 12:15
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:02
Dünən, 11:55
Dünən, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835