Zabit kredit götürə bilmir - ŞİKAYƏT

Bu şəxsiyyət vəsiqəsinin sahibi şərəfli zabitdir. Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən Müharibəsində əvvəldən sona qədər öndə gedib, vuruşub.

Dəfələrlə yaralanıb, hər dəfə də tibbi yardım aldıqdan sonra özü yenidən döyüşə qayıtmaqda israr edib, qayıdıb, qaldığı yerdən savaşmağa davam edib. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib. İndi də Qubadlıda xidmət edir. Polkivnik-leytenant Elşən Umarovu şəxsən və yaxından tanıyıram. Vətənə, dövlətə sadiq, peşəkar zabitdir.
O, Qəbələdə doğulub-böyüyüb, oxuyub zabit olub. 44 günlük savaşda Cəbrayılı alıb bizə verib, amma Cəbrayılda doğulub-böyümüş Elman Rüstəmovdan kredit ala bilmir; Mərkəzi Bank onun adını problemli müştərilər siyahısına salıb. Səbəb də Elşən Umarovun Qarabağda vuruşan zaman kredit ödənişlərini gecikdirməsi və Unibank Kommersiya Bankının ona gecikmə yazması olub. Müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib; hərçənd Prezident İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən Müharibəsi iştirakçılarının həmin döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma... yox! Elşən Umarov öz canını Vətən üçün əsirgəmədiyi halda bankirlər ondan pulu əsirgəyir.
Bəli, bu zabit övladının xeyir işi üçün banklardan kredit istəyir. Deyir: "Mənə pul satın". Əməkhaqqı da yüksəkdir, ödəmə qabiliyyəti də var. Ancaq ona "problemli müştəri" adı qoyublar. Elman Rüstəmov, vicdan da yaxşı şeydir! Bu zabit 30 illik bir problemi həll etmək üçün canını əsirgəməyib; Sizin Cəbrayılınızı, mənim Füzulimi azad edib bizə qaytarıb. Qarabağı bizə qaytaran adam sizin kreditinizimi qaytarmayacaq?! Bu nə Allahsızlıqdır?! Unibank səhv edib, adama gecikmə yazıb; sanki zabit Umarov Cəbrayılın düzündə, o mərmilərin altında  bankomat tapıb kredit aylığı ödəyəcəkmiş! Bu məntiqsizliyi və insafsızlığı Mərkəzi Bank davam etdirir. Bu şəxs Elman Rüstəmova demir ki, çoxsaylı villalarından birini satıb ona versin. Adam deyir: "Lütfən, bu soyğunçu 27 faizinizlə mənə pul satın". Cavabları bu olur: "Problemlisən". Vətəni üçün qanını verənə bu münasibəti göstərənlərə daha nə deyəsən?! Pul üçün bəlkə də Vətəni satarlar.
Bahəddin Həziyev, Bizimyol.info



24-06-2021, 17:22 193

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826