AQTA BFMQƏ ilə bağlı xəbərdarlıq edir


Hazırda ölkəmizdə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır. 

Sumqayit.tv xəbər verir ki, BFMQƏ-lərin idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.
Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.
Qeyd edək ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.
BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.
AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.
 
Məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilmiş BFMQƏ-lər
İstehsalçı şirkətMənşə ölkəsiMəhsulun adıSeriya nömrəsiİstehsal və son istifadə tarixiSertifikatlaşmadan imtinaya səbəbNəticə
1Jala Pharma MMCRuminiya
 
Bio Selen ZN №30 kapsul - BAD4901.07.2020
-
01.07.2022
tərkibində qurğuşun və kadmium aşkar edilibməhv edilib
2Azəri Med MMCTürkiyə
 
Devitor daxilə qəbul üçün məhlul damcı - BAD2107701.02.2021
-
01.02.2023
orqanoleptik göstəriciləri (xarici görünüşü, rəngi, dadı və iyi) uyğun deyilgeri qaytarılıb
3Polymax MMCTürkiyəFerromax tablet - BAD45201.01.2021
-
01.01.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilməhv edilib
4Zeytun Pharmaceuticals MMCİran
 
Calcium 5oo kapsul - BAD01947901.05.2019
-
01.05.2021
qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilibinzibati tədbirlərin tətbiqi barədə qərar qəbul edilib
5Çıraq-Farm 2017Bosniya və HersoqovinaCERBİKOR - BADL38A01L38122001.03.2021
-
01.03.2024
məhsulun dərman vasitəsi olduğu müəyyən edilibməhv edilib
6Forever Living ProductsABŞFOREVER FREEDOM (Orange Flavored Aloe Vera Juıse) / Forever Azadlıq şirəsi (Portağal ətirli Aloe Vera şirəsi), Məhlul 1000ML26022126.02.2021
-
26.02.2025
məhsul nümunələrini sınağa cəlb etmək mümkün olmamışdırməhv edilib
7Nebula Medicine MMCSan MarinoNEBUFER, Tablet N30114630.04.2021
-
30.04.2024
tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilməhvetmə qərarı
qəbul edilib
8Avromed Company MMCABŞL-Eliksir / L-Elixir,
daxilə qəbul üçün məhlul-damcı 30 ml
830801.08.2020
-
01.08.2023
tərkibində  qurğuşun aşkar edilibməhvetmə qərarı
qəbul edilib
9Fətullayev Elşad Mikayıl oğluTürkiyəTIOGREN, Kapsul N40203230101.06.2021
-
01.06.2024
tərkibində kadmium aşkar edilibgeri qaytarılıb
10Jala Pharma MMCRuminiyaZINK GODAROV, Kapsul №30141201.09.2020
-
01.09.2022
tərkibində qurğuşun və kadmium aşkar edilibməhvetmə qərarı
qəbul edilib
11Sky and Star Technologies MMCHindistanURICLEAN, Tablet №30EH 1500101.05.2021
-
01.04.2024
tərkibində  civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilməhvetmə qərarı
qəbul edilib
12Sky and Star Technologies MMCHindistanPERFECT MIND, Tablet №30EH 1400101.05.2021
-
01.04.2024
tərkibində  civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilməhvetmə qərarı
qəbul edilib
13Jala Pharma MMCRuminiyaZINK GODAROV, Kapsul №30141201.09.2020
-
01.09.2022
tərkibində qurğuşun aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilməhvetmə qərarı
qəbul edilib
14Perfect farm  MMCTürkiyəENSER FORTE, Kapsul №30001201.11.2021
-
01.11.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilgeri qaytarılıb
15Bio SPS MMCTürkiyəMOLLERS FORTE, Tablet №303401.07.2021
-
01.07.2024
tərkibində qurğuşun aşkar edilibserifikatlaşdırmadan imtina edilib
Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş BFMQƏ-lər
İstehsalçı şirkətMənşə ölkəsiMəhsulun adıSeriya nömrəsiİstehsal və son istifadə tarixiSertifikatlaşmadan imtinaya səbəbNəticə
1Əlifov Ayaz ƏlixanRusiyaBAD-Funtin daxilə qəbul üçün damcı 30ml0307.12.2020
-
07.12.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
2TAHA AZERBAIJAN MMCÇinLIPOXTOR Kapsul N3005.08.202005.08.2020
-
04.08.2022
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
3İLKİN ABBASOV ELXAN OĞLUTürkiyəLEEN (WOMAN) / LEEN (qadınlar üçün), Kapsul №45838603901.04.2021
-
01.04.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
4Filuet Azərbaycan MMCİtaliya
 
HERBALIFELINE MAX, Kapsul №30J51502A12.04.2021
-
12.04.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
5Lifeactivepharm MMCTürkiyəAKROSOM PLUS TOZ Saşe N30000110.07.2020
-
10.07.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
6Filuet Azərbaycan MMCİtaliya
 
HERBALIFELINE MAX, Kapsul №30J51527A07.05.2021
-
07.05.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
7Pharm Line MMCTürkiyəHEPACAR FORTE №50 KapsulHP 0040201.01.2021
-
01.01.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
8AYAN COMPANY MMCTürkiyəNOTSER, Məhlul, Saşe №20
 
NT 0040101.04.2021
-
01.04.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
9Jala Pharma MMCRuminiyaVITAMIN C OKSTER Tablet №30141401.09.2020
-
01.09.2022
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
10Sibirskoye Zdorovye Bakı MMCRusiyaİSTOKI ÇISTOTI, Kapsul №180
 
0911.06.2020
-
11.06.2022
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
11Azəri Med MMCİsveçrə
 
SWISS ENERGY HAIR, NAIL & SKIN Kapsul №30090002301.01.2021
-
31.12.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
12Ren Farm MMCTürkiyəRENADIL, Kapsul №30000105.07.2021
-
05.07.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
13Azəri Med MMCSan MarinoLiv-Aktiv Tablet N30U38501.09.2021
-
01.09.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
14Arəri Med MMCPortuqaliyaREVIFORCE ADULTO, Tablet №602100492201.07.2021
-
01.07.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
15Yurd Pharma MMCİtaliyaMEVOLAFIBRE, Məhlul 300ML1921230.12.2019
-
30.12.2022
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
16Yurd Pharma MMCİtaliyaMEVOLAFIBRE, Məhlul 300ML207630.05.2020
-
30.05.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
17Healthy Life MMCTürkiyəRAVITEL, Tablet № 3052101.11.2021
-
01.11.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
18Avromed Company MMCPolşa
 
Pari-flo, Kapsul №30168012026.11.2020
-
26.10.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
19Zaj Corporation MMCTürkiyəVINORM, Kapsul №30VR0030501.10.2019
-
01.10.2022
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
20Delta Max MMCTürkiyəECHINOL HOT, Toz, Saşe №1005124.06.2021
-
24.06.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
21EN LİFE GROUP MMCTürkiyəLIVERENSAL, Tablet №60LR 0020401.08.2021
-
01.08.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
22EN LİFE GROUP MMCTürkiyəMODUSAKTIV, Tablet №30MA 0020501.08.2021
-
01.08.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
23AYAN COMPANY MMCTürkiyəLOREFA, Kapsul №30
 
LF 0043001.06.2021
-
01.06.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
24Litpharma MMCTürkiyəSALCOVIT BABY, Şərbət 150 ML51801.11.2021
-
01.11.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
25İNAM LİFE MMCTürkiyəİNAMITON PLUS, Kapsul №302174380201.09.2021
-
01.09.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
26Bion MedicalTürkiyəSITURID, Tablet №30ST 0043001.08.2021
-
01.08.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
27RP AZE MMCYunanıstanD3 FIX/D3 FIKS, Daxili qəbul üçün məhlul-damcı 30 ML21-00306.07.2021
-
30.06.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
28Zəkiyev Anar ZəkəriyyəTürkiyəNORMAVIT, Şərbət 200 MLNM-21/24-301.10.2021
-
01.10.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
29Healthy Life MMCTürkiyəTHYMEX, Şərbət 120 ML53601.12.2021
-
01.12.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
30Healthy Life MMCTürkiyəLENORMA, Kapsul № 6051101.10.2021
-
01.10.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
31Ares MMCTürkiyəUROTONIC 200ML ŞərbətEX2020-06801.11.2020
-
01.11.2023
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
32Flora-Sun MMCTürkiyəNATCOL, Toz, Saşe №30NT 0043001.06.2021
-
01.06.2024
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyilserifikatlaşdırmadan imtina edilib
 
QEYD: Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina barədə qərar yalnız siyahıda qeyd olunan seriya nömrəli və istehsal və son istifadə tarixli BFMQƏ-lərə aiddir.



18-01-2022, 12:19 240

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839