Ağdaşda qanunsuz işləyən baytarlıq apteki aşkar olunub


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.


Sumqayit.tv xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Ağdaş rayonu, H. Əliyev prospekti B/84 ünvanında fəaliyyət göstərən, sahibkar Mustafayev Pərviz Vilayət oğluna məxsus baytarlıq aptekində keçirilən yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, həmçinin son istifadə tarixi bitmiş, üzərində ilkin istehsal və son istifadə müddəti qeyd olunmayan baytarlıq preparatları aşkar edilib. Aşkar edilmiş qanunsuz hallarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

19-01-2022, 11:00 111
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836