"Fərqlənmə nişanı" onlayn qaydada veriləcək



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.


Bu haqda qurumdan məlumat verilib.
Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasın minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.
Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən "Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra "Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi üçün sistem Azərbaycan Mərkəzi Bankına məxsus Hökumət Ödəniş Portalı (HÖP) ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistemin verdiyi sənəd əsasında banklarda HÖP üzərindən ödənişlərini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyin tələblərinə əsasən "Fərqlənmə nişanı” ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş "Fərqlənmə nişanı”nı götürmək üçün müraciət edəcəklər.
Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.
Elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Onun fevralın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.


19-01-2022, 17:50 153

Digər xəbərlər

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb - FOTO

Sumqayıtda sosial aksiya keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Bu məktəblərin şagirdləri 300 bal topladı - 39 nəfərin SİYAHISI

"Sumqayıt"dan bunu gözləmək düzgün deyil” - Aslan Kərimovdan etiraz

Vardanyanın iqtisadi cinayətkar şəbəkəsi BELƏ İFŞA EDİLDİ - ŞOK FAKTLAR

Üç ayın iqtisadi yekunları nə vəd edir - proqnoz

Jirinovskinin öncəgörənliyinin sirri

Qərbdə hazırlanan hesabat Ermənistanı qarışdırdı: Paşinyanla bağlı nə baş verir?

Bu gün Sumqaylt məhkəməsində narkotaciri xəncərlə öldürən şəxsin işinə baxılacaq

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib-Foto

Bu gün Sumqayıtın bu ərazilərində su olmayacaq

Haqqıxlı kənd icmasının gəncləri toplaşdı-Foto

Sumqayıt Tibb mərkəzinə direktor müavinitəyin edilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək

“Qurd dərəsi” yaşayan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıtda “Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirildi - FOTOLAR

Sumqayıt Dövlət Dram teatrının aktyor- vəfat etdi-FOTO

Sumqayıtda tanınmış alman dili müəllimi vəfat etdi - FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz... - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 834
Bu gün, 19:30
Bu gün, 16:53
Bu gün, 16:51
Bu gün, 13:35
Bu gün, 13:28
Bu gün, 11:42
Bu gün, 11:40
Bu gün, 11:34
Bu gün, 11:25
Bu gün, 11:11
Bu gün, 11:07
Bu gün, 09:35
Dünən, 19:59
Dünən, 19:20
Dünən, 19:19
Dünən, 16:05
Dünən, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
12-04-2024, 16:29
12-04-2024, 15:40
12-04-2024, 15:29
12-04-2024, 15:25
12-04-2024, 15:19
11-04-2024, 16:16
11-04-2024, 10:39
10-04-2024, 16:43
9-04-2024, 15:55
9-04-2024, 15:50
9-04-2024, 15:46
9-04-2024, 15:17
9-04-2024, 14:57
9-04-2024, 14:50
9-04-2024, 14:46
9-04-2024, 14:44
9-04-2024, 14:43
9-04-2024, 14:27
9-04-2024, 14:26
9-04-2024, 11:32
9-04-2024, 11:16
1 2 3 4 5 6 7 8 9 10 ... 834