Nadir yerli üzüm sortlarının çoxaldılması məqsədi ilə elmi ekspedisiyalar davam etdirilir


Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi elmi ekspedisiya və tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının toplanması, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsidir.

Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında və fermer təsərrüfatlarında sortların müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdirilir.
Növbəti ekspedisiya vaxtı ilə dünyanın üzüm kolleksiyasında keyfiyyətinə görə lider olmuş “Şirvanşahı” üzüm sortunun bərpası, artırılması, davamlı istifadəsi məqsədilə təşkil edilib. Mütəxəssislərdən ibarət qrup elmi-seleksiya işləri çərçivəsində sortun müəyyən edilərək gələcəkdə əkin materialı tədarük edilməsi üçün Kürdəmir rayonunun bir neçə kənd və qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer təsərrüfatlarına baxış keçiriblər. Müşahidələr zamanı məlum olub ki, çardaq sistemi ilə yanaşı xiyaban üsulu ilə də əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı “Şirvanşahı” tənəkləri mövcuddur. İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib. Nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
Qeyd edək ki, “Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Dünyada keyfiyyətinə və şəkərtoplama qabiliyyətinə görə yüksək qiymətləndirilir. Kürdəmirdə xiyabanlarda və talvarlarda noyabr ayının əvvəllərinə qədər saxlanılır. Bu vaxta qədər 33-37% şəkər topladığı təsdiq olunub. Göbələk xəstəliklərinə qarşı davamlılıq və dözümlülük nümayiş etdirir. Yüksək məhsuldar sortdur. Sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli xammaldır.
Nadir yerli üzüm sortlarının çoxaldılması məqsədi ilə elmi ekspedisiyalar davam etdirilir Nadir yerli üzüm sortlarının çoxaldılması məqsədi ilə elmi ekspedisiyalar davam etdirilirNadir yerli üzüm sortlarının çoxaldılması məqsədi ilə elmi ekspedisiyalar davam etdirilir

20-01-2022, 11:22 169

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Bu gün, 13:10
Bu gün, 12:34
Bu gün, 11:48
Bu gün, 11:24
Bu gün, 11:08
Bu gün, 11:05
Bu gün, 11:03
Dünən, 18:25
Dünən, 18:23
Dünən, 14:17
Dünən, 13:53
Dünən, 13:45
Dünən, 13:43
Dünən, 13:41
Dünən, 13:35
Dünən, 12:15
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:02
Dünən, 11:55
Dünən, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835