Atası azərbaycanlı olan general Ermənistan MTX-nın direktor müavini ola bilər...-“Johovurd”

Atası azərbaycanlı olan general Ermənistan MTX-nın direktor müavini ola bilər...-“Johovurd”

2013-2020-ci illərdə Azərbaycan Respublikasının  Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin  qanunsuz  “polis rəisi" və “milli təhlükəsizlik xidməti”nin rəhbəri olmuş Kamo Ağacanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin oluna bilər. 
Sumqayit.tv Moderator.az-da istinadən xəbər verir ki, bu haqda  işğalçı ölkənin "Johovurd" qəzeti öz mənbələrinə istinadla yazır.  
2020-ci ilin mayında  Qarabağdakı separatçı rejimin qanunsuz xüsusi xidmət orqanı rəhbərliyinə gətirilən K. Ağacanyan 44 günlük müharibədən sonra həmin vəzifədən uzaqlaşdırılıb. Bundan əvvəl  o, 2013-2018-ci illərdə separatçı rejimin “polis rəisi”  vəzifəsini daşıyıb.  Ondan öncə isə qanunsuz “müdafiə ordusu”nda bir diviziyaya komandanlıq edib. 
Erməni nəşri qeyd edir ki, 2021-ci il avqustun 4 -də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Stepan Melkonyan təqaüdə çıxıb və  vəzifə yeri boş qalıb. Hazırda Ağacanyan və sistemin peşəkarı sayılan kəşfiyyat şöbəsinin hazırkı rəhbəri Yesai Mkrtçyan bu vəzifəyə iddialıdır. 
Ancaq “Johovurd”un yazdığına görə, Ağacanyanın maraqlarına Paşinyana yaxın tanınmış erməni iş adamı, hakim "Vətəndaş müqaviləsi" fraksiyasından deputat Xaçatur Sukiasyan tərəfindən fəal şəkildə lobbiçilik edilir. Və bu baxımdan, çox güman ki, vəzifəni Ağacanyan tutacaq.
Xatırladaq ki, hələ 2016-ci ildə Moderator.az əməkdaşının apardığı araşdırma nəticəsində separatçı rejimin keçmiş “polis rəisi”  general Kamo Ağacanyanın atasının azərbaycanlı olduğu bilinib(bax://www.moderator.az/news/228193.html). II Qarabağ savaşından sonra erməni mənbələrində vəzifəsindən azad edilmiş K.Ağacanyanın atasının azərbaycanlı olduğu təsdiqlənib və onun guya Azərbaycan xüsusi xidmət orqanlarına xidmət etməsi haqda iddialar irəli sürülüb.

17-08-2021, 12:13 158

Digər xəbərlər

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

ATƏT tədbirində QAİ və erməni mübahisəsiFOTOVİDEO

Hikmət Hacıyevdən VACİB AÇIQLAMA: Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri...

O vaxt niyə uduzmuşduq? - Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq...

Sumqayıtda müəllim vəfat etdi - Foto

Gözlər BU DƏQİQƏ Moskvada: Əliyevlə Putin görüşdə nələr danışırlar? CANLI

“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ

“Sumqayıt Kimya Sənaye Parkı”na qaz xətti çəkilir - TENDER ELAN EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
20-04-2024, 13:46
20-04-2024, 13:34
20-04-2024, 13:25
20-04-2024, 13:23
20-04-2024, 11:16
20-04-2024, 11:15
20-04-2024, 11:12
20-04-2024, 11:12
1 2 3 4 5 6 7 8 9 10 ... 838