Azərbaycan Turizm Bürosu “Expedia” platforması ilə əməkdaşlığa başlayıb


Azərbaycan Turizm Bürosu aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur “Expedia” platforması ilə rəqəmsal əməkdaşlığa başlayıb.
 
Sumqayit.tv xəbər verir ki, əməkdaşlıq çərçivəsində expedia.com” və hotels.com saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ətraflı məlumatlar yerləşdirilib.
 
Yerləşdirilən məlumatların hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail olaraq seçilib.
 
Səyahət etmək üçün yeni ölkə axtarışında olanları Azərbaycanı kəşf etməyə çağıran kampaniya istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.
 
Beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyalarının əhəmiyyətindən danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq bazarlardakı fəaliyyətini tədricən bərpa etdiyini qeyd edib.
 
O bildirib ki, “Expedia” ilə yanaşı, “Skyscanner”, “Wego”, “Aviasales” platformaları ilə də əməkdaşlıq edilir, beynəlxalq media platformaları vasitəsilə Azərbaycanın turizm imkanlarının daha geniş kütləyə çatdırılması istiqamətində isə işlər davam etdirilir.
 
Tezliklə hədəf bazarlarda nümayəndəliklərin yenidən fəaliyyətə başlayacağını bildirən F. Zenqstşmid beynəlxalq turizm və səyahət sərgilərində iştirak etməyin vacibliyinə də toxunub.
 
Baş icraçı direktor yaxın gələcəkdə "Expo 2020 Dubai" sərgisində “Azərbaycan həftəsi” adı altında 4 turizm marşrutu üzrə təkliflərin müxtəlif tədbirlər vasitəsilə tanıdılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
 
Qeyd edək ki, onlayn səyahət agentliyi xarakteri daşıyan “Expedia” platformasının əsası 1996-cı ildə ABŞ-da qoyulub. Platformanın tərkibində ümumilikdə 112 milyondan çox aylıq unikal ziyarətçi sayına malik olan 200-dən artıq vebsayt fəaliyyət göstərir.
“Expedia.com” və “hotels.com” vebsaytlarının aylıq unikal ziyarətçi sayı isə müvafiq olaraq təqribən 48 və 30 milyon təşkil edir.

6-09-2021, 13:56 171

Digər xəbərlər

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb - FOTO

Sumqayıtda sosial aksiya keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Bu məktəblərin şagirdləri 300 bal topladı - 39 nəfərin SİYAHISI

"Sumqayıt"dan bunu gözləmək düzgün deyil” - Aslan Kərimovdan etiraz

Vardanyanın iqtisadi cinayətkar şəbəkəsi BELƏ İFŞA EDİLDİ - ŞOK FAKTLAR

Üç ayın iqtisadi yekunları nə vəd edir - proqnoz

Jirinovskinin öncəgörənliyinin sirri

Qərbdə hazırlanan hesabat Ermənistanı qarışdırdı: Paşinyanla bağlı nə baş verir?

Bu gün Sumqaylt məhkəməsində narkotaciri xəncərlə öldürən şəxsin işinə baxılacaq

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib-Foto

Bu gün Sumqayıtın bu ərazilərində su olmayacaq

Haqqıxlı kənd icmasının gəncləri toplaşdı-Foto

Sumqayıt Tibb mərkəzinə direktor müavinitəyin edilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək

“Qurd dərəsi” yaşayan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıtda “Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirildi - FOTOLAR

Sumqayıt Dövlət Dram teatrının aktyor- vəfat etdi-FOTO

Sumqayıtda tanınmış alman dili müəllimi vəfat etdi - FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz... - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 834
Bu gün, 19:30
Bu gün, 16:53
Bu gün, 16:51
Bu gün, 13:35
Bu gün, 13:28
Bu gün, 11:42
Bu gün, 11:40
Bu gün, 11:34
Bu gün, 11:25
Bu gün, 11:11
Bu gün, 11:07
Bu gün, 09:35
Dünən, 19:59
Dünən, 19:20
Dünən, 19:19
Dünən, 16:05
Dünən, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
12-04-2024, 16:29
12-04-2024, 15:40
12-04-2024, 15:29
12-04-2024, 15:25
12-04-2024, 15:19
11-04-2024, 16:16
11-04-2024, 10:39
10-04-2024, 16:43
9-04-2024, 15:55
9-04-2024, 15:50
9-04-2024, 15:46
9-04-2024, 15:17
9-04-2024, 14:57
9-04-2024, 14:50
9-04-2024, 14:46
9-04-2024, 14:44
9-04-2024, 14:43
9-04-2024, 14:27
9-04-2024, 14:26
9-04-2024, 11:32
9-04-2024, 11:16
1 2 3 4 5 6 7 8 9 10 ... 834