16 sentyabr - Ozon qatının mühafizəsi günüdür


Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən 16 sentyabr tarixi bütün dünyada “Ozon qatının mühafizəsi günü” kimi qeyd edilir. Yer kürəsində bütün canlı həyat ozon qatı ilə qorunur.
 
Sumqayit.tv xəbər verir ki, ozon qatı günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir və planet səthinin 10-16 km-lik hündürlüyündə yerləşir. 400 milyon ildən artıq mövcud olan bu qat, son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosfer havasına buraxılması nəticəsində dağılmaq təhlükəsi qarşısında qalıb.
 
Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən “Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul edilib və hazırda 200-ə yaxın ölkə tərəfindən bu konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.
 
Azərbaycan “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Ölkəmizdə bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondensionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən- ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir. Tərkibində frion, xlor, brom, hallonun çoxluq təşkil etdiyi qazlar əsas ozondağıdıcı maddələr hesab olunur və belə maddələrdən istifadənin azaldılması ozon qatının qorunmasında mühüm rol oynayır.
 
Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernizasiyası, texnoloji yeniliklər əəsaslanan müasir soyuducu və kondensionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Hazırda Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. 
 
Beynəlxalq ozon qatının qorunması gününün keçirilməsində əsas məqsəd Yer kürəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən ozon qatının təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.

16-09-2021, 15:21 150

Digər xəbərlər

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

ATƏT tədbirində QAİ və erməni mübahisəsiFOTOVİDEO

Hikmət Hacıyevdən VACİB AÇIQLAMA: Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri...

O vaxt niyə uduzmuşduq? - Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq...

Sumqayıtda müəllim vəfat etdi - Foto

Gözlər BU DƏQİQƏ Moskvada: Əliyevlə Putin görüşdə nələr danışırlar? CANLI

“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ

“Sumqayıt Kimya Sənaye Parkı”na qaz xətti çəkilir - TENDER ELAN EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
20-04-2024, 13:46
20-04-2024, 13:34
20-04-2024, 13:25
20-04-2024, 13:23
20-04-2024, 11:16
20-04-2024, 11:15
20-04-2024, 11:12
20-04-2024, 11:12
1 2 3 4 5 6 7 8 9 10 ... 838