FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsi "Şimali Makedoniya-2021" yarışına qatılıb


20-23 sentyabr 2021-ci il tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzi və Şimali Makedoniya Respublikasının birgə təşkilatçılığı ilə fəlakət nəticələrinin idarə olunması sahəsində “Şimali Makedoniya – 2021” təlimi keçirilib.
Sumqayit.tv xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq və onların qarşısının alınması, cavabvermə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin təkmilləşirilməsi, eləcə də NATO-nun Təhlükəsizlik və Sülh üçün Elmi Proqramı tərəfindən hazırlanmış “Yeni Nəsil Fəlakətlərin İdarə edilməsi Sistemi”nin (NICS) Şimali Makedoniyada sınaqdan keçirilməsi olub. Beynəlxalq təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin axtarış-xilasetmə komandaları, beynəlxalq təşkilatların, Şimali Makedoniyanın dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri iştirak edib.
Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi – Nazirliyin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Mülki müdafiə işinin təşkili Baş idarəsinin baş zabitləri kapitan Cavid Mehdiyev və baş leytenant Sabir Əhmədov, Beynəlxalq əlaqələr idarəsinin baş məsləhətçisi İlqar Həsənov, Mülki müdafia qoşunlarının N saylı hərbi hissəsinin qərargah rəisi-komandirin müavini polkovnik-leytenant Namiq Əzimov, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəis müavini kapitan Ramid Əliyev və fəxri qonaq qismində Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi polkovnik Fərhad Səmədov iştirak edib.
Şimali Makedoniya Respublikasının ərazisi üçün xarakterik olan təbii fəlakət və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin açılış mərasimində Şimali Makedoniya Respublikasının daxili işlər naziri Oliver Spasovski, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Stojanç Angelov və NATO Baş katibinin əməliyyatlar üzrə müavini Con Monaza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təlimdə iştirak edən ölkələrə təşəkkürlərini bildiriblər.
Şimali Makedoniya Respublikasının Ohrid və Struga şəhərlərində keçirilən təlimlər zamanı şəhər və dağlıq ərazilərdə axtarış-xilasetmə əməliyyatları, daşqın hadisələrinə, kimyəvi, bioloji və radioaktiv xarakterli qəzalara reaksiya verilməsi üzrə idarəetmə və koordinasiya qruplarının, komanda və ekspertlərin birgə fəaliyyəti nümayiş etdirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri təlimlərdə əsas planlaşdırma qrupunda və sahə əməliyyatlarını koordinasiya mərkəzində yer almaqla yanaşı, qiymətləndirici qismində də uğurla iştirak ediblər. Bundan əlavə, FHN-in Beynəlxalq dəstəsinin üzvləri masaüstü təlimdə də uğurlu iştirak nümayiş etdiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

25-09-2021, 14:42 140

Digər xəbərlər

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

ATƏT tədbirində QAİ və erməni mübahisəsiFOTOVİDEO

Hikmət Hacıyevdən VACİB AÇIQLAMA: Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri...

O vaxt niyə uduzmuşduq? - Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq...

Sumqayıtda müəllim vəfat etdi - Foto

Gözlər BU DƏQİQƏ Moskvada: Əliyevlə Putin görüşdə nələr danışırlar? CANLI

“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ

“Sumqayıt Kimya Sənaye Parkı”na qaz xətti çəkilir - TENDER ELAN EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
20-04-2024, 13:46
20-04-2024, 13:34
20-04-2024, 13:25
20-04-2024, 13:23
20-04-2024, 11:16
20-04-2024, 11:15
20-04-2024, 11:12
20-04-2024, 11:12
1 2 3 4 5 6 7 8 9 10 ... 838