205 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib


Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.

Sumqayit.tv xəbər verir ki, həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər keçirilib, həmçinin müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunub. Birgə əməkdaşlıq çərçivəsində bugünədək 109 təsərrüfatda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə videomonitorinqlər aparılmiş, 40 pomidor istehsalı müəssisəsinə isə rusiyalı mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilmişdir.
AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun rəhbərliyi arasında aparılan mütəmadi danışıqlar, ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad və görülən işlərin məntiqi nəticəsi olaraq Agentliyin zəmanəti ilə həmin təsərrüfatlarda vizualizasiya aparılmadan “Rosselxoznadzor" tərəfindən 1 noyabr 2021-ci il tarixindən daha 18 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360133 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir.
Qeyd edək ki, pomidor yetişdirilən təsərrüfatlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı effektiv mübarizə tədbirlərinin aparılması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlərin miqyası daha da genişləndirilmiş və təsərrüfatların sağlamlaşdırılması istiqamətində sahibkarlara hərtərəfli metodiki köməklik göstərilməkdədir.

1-11-2021, 16:31 213

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826