Britaniya Kitabxanası və Cata Pult şirkəti ilə görüşlər keçirilib


Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə London şəhərində Britaniya Şurasının direktor müavini Cortina Butler ilə görüşdü.

Sumqayit.tv xəbər verir ki, görüş çərçivəsində Britaniya Şurası ilə əməkdaşlıq, “Creative spark”, “Crafting future” proqramları, yaradıcı sənayelərin inkişafı barədə fikir mübadiləsi aparıldı. V.Eyvazzadə Britaniya Şurasının Bakı ofisi vasitəsilə xüsusilə ölkəmizdə yaradıcı sənayelərin inkişafına dəstəyini yüksək qiymətləndirildiyini, bu çərçivədə daha dərin əməkdaşlığa maraqlı olduğumuzu bildirərək, ötən ay Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edilməsinin də qarşılıqlı əməkdaşlığın töhfəsi olduğunu bildirdi. Hazırda Federasiya ilə Birləşmiş Krallığın Yaradıcı Sənayelər Federasiyası və Kreativ İngiltərə təşkilatı ilə əməkdaşlığın qurulması üçün ilk addımlar atılıb. Cortina Butler Azərbaycan ilə hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Yaradıcı Sənayelər Federasiyasının yaradılmasının bu sahənin biznes olaraq inkişaf etdirilməsinə, təşkilatlanmaya böyük dəstək ola biləcəyinə inandığını qeyd etdi. V.Eyvazzadə görüş əsnasında Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə post konflikt dövründə Mədəniyyət Naminə Sülh Qlobal kampaniyasını elan etdiyini  və dekabrın 2-də Kampaniyanın Tərəfdaşlar Forumunun keçiriləcəyi barədə məlumat verdi. Britaniya Şurasının dünyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini nəzərə alınsa sülh və mədəniyyət ideyalarının yayılması üçün bu təşkilatla da əməkdaşlığa və tərəfdaşlığa hazır olduğumuzu qeyd etdi. C. Butler bu təşəbbüsü yüksək qiymətləndirdiyini və bununla bağlı daha çox məlumat əldə etdikdən sonra təşkilatın mövqeyini bildirəcəyini ifadə etdi.
Səfər çəçivəsində Vasif Eyvazzadə və Britaniya Kitabxanasında Əqli mülkiyyət və biznesin inkişafı sahələrinə rəhbərlik edən İsabel Osvel arasında görüş keçirildi.
Görüşdə İ. Osvel kitabxananın inklusiv, tədqiqat və biznes mərkəzə çevrildiyini bildirərək kitabxana nəzdində yaradılmış Biznes və İP Mərkəzin fəaliyyətini təqdim etdi. O qeyd etdi ki, burada həm startuplar, həm də xarici ölkələrdə bizneslə məşğul olmaq istəyənlər üçün xüsusi təqdimatlar və görüşlər təşkil edilir. Xüsusilə, ziyarətçilər xarici ölkələrin biznes mühiti və onu tənzimləyən qanunvericilik, vergi siyasəti barədə burada ətraflı məlumat əldə edə bilərlər.
Daha sonra Britaniyanın ən innovativ və rəqəmsal təşkilatlarından biri olan “Cata Pult” şirkəti ilə tanışlıq təşkil edildi. Şirkətin rəhbəri onların təşkilat olaraq innovativ və rəqəmsal həllər təklif etdiklərini və nəticə etibarilə iş və biznesin sürətlənməsinə təkan verdiklərini diqqətə çatdırdı.
Görüşlərdə İngiltərə Yaradıcı Sənayelər Federasiyasının qurucularından  olan Con Nyubig iştirak edib, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.


15-11-2021, 12:01 136

Digər xəbərlər

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

İcra Hakimiyyəti tender elan etdi - DETALLAR

Qaraqoyunlu dərəsinin baş tacı - Çaykənd

Sumqayıtda 82 yaşlı kişini öldürərək basdıran ustadan xəbər var

Sumqayıt Məhkəməsi maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxsin şikayətini təmin etmədi

1 2 3 4 5 6 7 8 9 10 ... 825
Bu gün, 16:36
Bu gün, 16:33
Bu gün, 13:15
Bu gün, 13:00
Bu gün, 12:06
Bu gün, 12:04
Bu gün, 12:01
Bu gün, 11:40
Bu gün, 11:31
Bu gün, 11:29
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:51
Bu gün, 10:47
Bu gün, 09:30
Dünən, 15:52
Dünən, 15:46
Dünən, 15:28
Dünən, 12:52
Dünən, 12:49
Dünən, 12:43
Dünən, 12:40
Dünən, 12:38
Dünən, 11:19
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
Dünən, 11:02
Dünən, 09:55
Dünən, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
26-03-2024, 12:33
26-03-2024, 12:32
26-03-2024, 11:25
25-03-2024, 13:35
1 2 3 4 5 6 7 8 9 10 ... 825