AQTA-nın məqalələri müxtəlif konfrans materiallarında dərc olunub


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən heyvan sağlamlığı ilə bağlı həyata keçirilən elmi-tədqiqat işlərinin nəticələrinə dair məqalələr Kanada və İsveçdə keçirilən beynəlxalq konfrans materiallarında dərc olunub.

Sumqayit.tv xəbər verir ki, AQTİ mütəxəssisləri tərəfindən cari il ərzində "Azərbaycanda quşçuluq sahəsində antimikrob rezistentliyin araşdırılması” və “Ev heyvanlarında SARS-CoV-2 infeksiyasının araşdırılması” istiqamətlərində elmi-tədqiqat işləri həyata keçirilib.
Quşçuluq sahəsində antimikrob rezistentliyin araşdırılması zamanı quşçuluq təsərrüfatlarından götürülən nümunələrdə bakterioloji müayinələr nəticəsində əldə olunan izolyatlarda müxtəlif antibiotik siniflərinə qarşı rezistenliyin mövcudluğu aşkar olunub. Bu barədə məlumatlar Kanadada keçirilən elmi konfrans materiallarında dərc olunub. Bununla yanaşı ev heyvanlarında SARS-CoV-2 infeksiyasının araşdırılması istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri nəticəsində it və pişiklərdə xəstəlik törədicisinə qarşı anticisimlər aşkar edilib ki, bu barədə məlumatlar İsveçdə keçirilən elmi konfrans materiallarında nəşr olunub.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirir.

14-12-2021, 13:28 107
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836