İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır


İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır.
Sumqayit.tv xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yeni Gənclər və İdman naziri Fərid Qayıbovu əyinatı zamanı deyib: "Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır".

8-09-2021, 11:34 152

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835