Qətərlə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub


Azərbaycan və Qətər arasında turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı turist mübadiləsi, mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsinin aparılması sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətərin Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti arasında keçirilən görüşdə müzakirə olunub.

Sumqayit.tv xəbər verir ki, Fuad Nağıyev Agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, oradakı irs nümunələrinin konservasiyası üzrə layihələr və planlar, Lahıc, Basqal, Şəki kimi qoruqlarda maddi mədəniyyət və sənətkarlıq nümunələrinin əsas komponent olması haqqında danışıb.
O, həmçinin Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə Azərbaycanın Katarada keçirilən festivallarda təmsil olunmasından məmnunluq duyacağını qeyd edib.
 
Xalid Bin İbrahim Əl-Süleyti Katara Mədəniyyət Şəhərciyinin Qətərin ən çox turist cəlb edən məkanı olduğunu, bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi etdiyini bildirib.
O, şəhərçikdə Azərbaycanla bağlı keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, Azərbaycana həsr olunan tədbirlərin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib. Fond rəhbəri Azərbaycanı turizm imkanlarının tanıdılması məqsədilə həmin festivallarda iştiraka dəvət edib.
 
Qeyd edək ki, epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında Qətər də yer alır.

14-09-2021, 15:21 153

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835