“Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC inzibati məsuliyyətə cəlb olunub



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Sumqayit.tv xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Naftalan şəhəri, N.Gəncəvi 20 ünvanında fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə  sahəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.  Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq - sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

15-10-2021, 11:17 129
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836