“Təhlükəsiz səyahətlərin təmini əsas prioritetimizdir”


Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 24-cü sessiyasında çıxış edərkən qeyd edib.
 
Sumqayit.tv xəbər verir ki, Fuad Nağıyev son 2 ildə bütün üzv dövlətlərin və dünya turizminin çətinliklərlə qarşılaşdığını, lakin 2021-ci ilin ortalarından etibarən səyahət məhdudiyyətlərinin qaldırılması ilə sektorun tədricən bərpasının müşahidə edildiyini bildirib.
 
Agentlik sədri Azərbaycanın 60-dan çox ölkə ilə hava sərhədinin açıq olmasını və həmin ölkə vətəndaşlarının və rezidentlərinin müəyyən olunmuş şərtlərlə səfərinin mümkünlüyünü diqqətə çatdıraraq Azərbaycanda turizm sənayesi nümayəndələrinin tam peyvənd olunduğunu vurğulayıb.
 
Fuad Nağıyev pandemiyadan sonrakı bərpa prosesinin daha çox məsuliyyətlilik, qətiyyət və həmrəylik tələb etdiyini bildirib.
 
Tədbirdə Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak edib.
 
Dekabrın 3-dək davam edəcək Baş Assambleyanın 24-cü sessiyasında postpandemiya dövründə inklüziv və dayanıqlı turizmə nail olmaq, eləcə də turizmin bərpası və canlanması üçün zəruri tədbirlər, turizm təhsili və kənd turizminin inkişafı istiqamətində birgə təşəbbüslər müzakirə olunur.
 
Həmçinin Baş Assambelya çərçivəsində 2021-ci ilin əvvəlində İcraiyyə Şurasının tövsiyəsi əsasında təşkilatın Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülən hazırkı Baş Katib Zurab Pololikaşvilinin namizədliliyi növbəti 4 il müddətinə təsdiq olunub.
 
Qeyd edək ki, Baş Assambleyanın 24-cü sessiyasında təşkilata üzv dövlətlərdən 84 nazir və nazir müavini olmaqla 135 ölkəni təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən beynəlxalq təşkilat və özəl sektor təmsilçiləri iştirak edirlər.
















 

2-12-2021, 18:09 124

Digər xəbərlər

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

İcra Hakimiyyəti tender elan etdi - DETALLAR

Qaraqoyunlu dərəsinin baş tacı - Çaykənd

Sumqayıtda 82 yaşlı kişini öldürərək basdıran ustadan xəbər var

Sumqayıt Məhkəməsi maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxsin şikayətini təmin etmədi

Sumqayıt sakinlərinin nazirlər və digər rəhbər şəxslərlə gürüşəcəyi tarixin- CƏDVƏLİ

Avropa nəhəngi kisənin ağzını açdı - Ardaya sürpriz TƏKLİF

1 2 3 4 5 6 7 8 9 10 ... 825
Bu gün, 13:15
Bu gün, 13:00
Bu gün, 12:06
Bu gün, 12:04
Bu gün, 12:01
Bu gün, 11:40
Bu gün, 11:31
Bu gün, 11:29
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:51
Bu gün, 10:47
Bu gün, 09:30
Dünən, 15:52
Dünən, 15:46
Dünən, 15:28
Dünən, 12:52
Dünən, 12:49
Dünən, 12:43
Dünən, 12:40
Dünən, 12:38
Dünən, 11:19
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
Dünən, 11:02
Dünən, 09:55
Dünən, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
26-03-2024, 12:33
26-03-2024, 12:32
26-03-2024, 11:25
25-03-2024, 13:35
25-03-2024, 13:34
25-03-2024, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 825