15 fevral hərracında 24 dövlət əmlakı yer alacaq



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərrac iştirakçılarının özəlləşdirməyə çıxarılan 24 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 11-i kiçik dövlət müəssisə və obyekti, 1-i  yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.


Sumqayit.tv xəbər verir ki, bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2.450 manat və 102.500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz:   (https://bit.ly/3mmNVpB ).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

14-01-2022, 17:35 22
Dünən, 17:00
Dünən, 16:48
Dünən, 16:04
Dünən, 14:42
Dünən, 14:39
Dünən, 14:28
Dünən, 14:22
Dünən, 14:11
Dünən, 13:55
Dünən, 13:46
Dünən, 13:37
Dünən, 12:51
Dünən, 12:00
Dünən, 11:22
Dünən, 11:15
Dünən, 11:06
Dünən, 11:03
Dünən, 10:59
Dünən, 10:35
Dünən, 10:25
19-01-2022, 17:50
19-01-2022, 17:42
19-01-2022, 17:36
19-01-2022, 17:12
19-01-2022, 16:59
19-01-2022, 16:54
19-01-2022, 16:36
19-01-2022, 16:31
19-01-2022, 16:25
19-01-2022, 16:13
19-01-2022, 16:09
19-01-2022, 15:51
19-01-2022, 15:41
19-01-2022, 15:39
19-01-2022, 15:30
19-01-2022, 15:24
19-01-2022, 15:00
19-01-2022, 13:40
19-01-2022, 13:31
19-01-2022, 13:25
1 2 3 4 5 6 7 8 9 10 ... 194