İnstitut direktoru Ramiz Mehdiyevə etiraz edərək İSTEFA VERDİ


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 K.Şükürovun açıqlamasını təqdim edirik:


"20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim. Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.
İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm. Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".(Unikal) 
İnstitut direktoru Ramiz Mehdiyevə etiraz edərək İSTEFA VERDİ



Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 



20-01-2022, 12:51 172

Digər xəbərlər

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Bu gün, 11:52
Bu gün, 11:34
Bu gün, 11:29
Bu gün, 11:28
Bu gün, 11:11
Bu gün, 09:58
Bu gün, 09:55
Bu gün, 09:51
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 838