“Delta” ştammı maskalı insandan da keçə bilər



İnfeksionistdən COVİD-19-un daha qorxulu dalğası ilə bağlı xəbərdarlıq; “İstirahət lazımdır, amma həyatımızı təhlükəyə atmadan bunu etməliyik...”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi “Avro 2020" futbol çempionatının COVİD 19-a yoluxmaları artıracağı barədə xəbərdarlıq yayıb. Məlumdur ki, Bakıda da çempionatın 4 oyunu keçirilib. Sonuncusu iyulun 3-də oldu.
Fakt budur ki, Bakıya “delta” ştammının geniş yayıldığı Avropadan (Danimarka, Uels, Çexiya, İsveçrə) futbolçularla yanaşı, çoxlu sayda azarkeş də gəlmişdi. Maska, məsafə şətrlərinə demək olar, əməl edilmədi. Bunun neqativ nəticəsi az sonra özünü göstərə bilərmi? Əcnəbilərin yoxlanışı necə və harada həyata keçirildi, onların COVİD-19 pasportları var idimi? Söhbət xüsusən də “Delta” ştammının gizli daşıyıcılarından gedir.
Bu arada Fransanın səhiyyə naziri xəbərdarlıq edib ki, insanların budəfəki yay istirahətini “Delta” korlaya bilər. O, iyulun axırı-avqustun əvvəli üçün Fransada pandemiyanın 4-cü dalğası barədə SOS verib. Belə bir təhlükə Azərbaycan üçün də keçərlidirmi? Nə etməli? Üstəlik, nəzərə alsaq ki, başqa bir təhlükə mənbəyi də var. Belə ki, azərbaycanlı turistlər hazırda Türkiyənin kurort zonalarına axışırlar. Orada isə 100 minlərlə rus turistlər var. Hazırda Rusiya koronavirusun tüğyan etdiyi ölkələrin önündə dayanır. Elə ötən gün Rusiyada COVİD-19-dan ən yüksək - 737 gündəlik ölüm faktı qeydə alınıb. Bu isə pandemiya başlayandan indiyədək ən yüksək göstərici hesab olunur.
Göründüyü kimi, “Delta” ştammı getdikcə Rusiyada daha da çox artır. Belə olan halda, Antalya, Bodrum, Quş adası, Marmaris və sair bu kimi tanınmış  kurortlar Azərbaycan üçün təhdid və yoluxma nöqtələri sayılmalıdır. Bu nüansla bağlı nələr etmək lazımdır?
Vüqar Cavadzadə: Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə,  antiviral preparatlar qəbul edirlər - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Vüqar Cavadzadə 

Sumqayit.tv xəbər verir ki, dünyanı lərzəyə gətirən xəstəliklə bağlı həkim-infeksionist Vüqar Cavadzadə bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb: “Artıq dünyanın 90 ölkəsində ”Delta" və “Delta+” ştammları yayılıb. “Delta” ştammı koronavirusun  Hindistan ştammının ikiqat mutasiya olunmuş formasıdır. İki dəfə artıq yoluxuculuq xüsusiyyətinə malikdir. Aparılan təcrübələr göstərir ki, maska istifadə edən şəxsin yanından bir maskasız insan keçsə belə ondan yoluxma şansı var".
Onun sözlərinə görə, yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir, o cümlədən də uşaqlar arasında: “Bizdə yoluxmaların azalması səbəbindən yumşalmalara gedildi. Yeni ştammın bizə qonşu olan ölkələrdə mövcud olması ölkəmizə də gəlib çıxma təhlükəsini aktual edir. Yoluxma sayında yenidən artım baş verərsə, nisbətən sərtləşmə tədbirləri tətbiq edilə bilər. Bir çox ölkələrdə yoluxmalarda yenidən əvvəlki pik nəticələrin təkrarlanması növbəti epidemik alovlanma sayılır”.
V.Cavadzadə qeyd edib ki, son həftələr Rusiyada yoluxma sayının artması narahatlıq doğurur: “Rusiyada ölüm sayının artması müşahidə edilir. Dünya təcrübəsinə baxsaq, Britaniyanın elmi nəşrlərində göstərilir ki, ”Delta" ştammı COVİD-19 infeksiyasından xəstəxanaya düşmə riskini 1.8 dəfə artırır. Rusiyada da ölüm hallarının artmasına səbəb bu olub. Qaldı ki, oyunların keçirilməsinə, hazırda ölkəmizdə “Delta” ştammı aşkar olunmayıb. Qeyri-rəsmi də deyə bilərəm ki, epidemioloji gedişat göstərir ki, bizim ölkədə hazırda  “Delta” ştammı yoxdur. Əgər olsaydı, yoluxmalar kəskin şəkildə artardı. Hələ ki son bir ayda yoluxmalar ikirəqəmli həddindədir. Artım da müşahidə edilmir.
Bizim ölkəmizdə hazırda “Delta” və “Delta+” ştammları yayılmayıbsa, hesab edirəm ki, futbol oyunlarından sonra hər hansı bir mənfi nəticə ilə qarşılaşmayacağıq. Amma istənilən halda futbol oyunları ilə bağlı xarici ölkələrdən bizə turistlər gəlir. Həmin o turistlər vasitəsilə  “Delta” ştammları ölkəmizdə yayıla bilər. Ehtimal var ki, futbol oyunlarından sonra həmin virus bizdə də aşkar edilsin. Təbii ki, bunlar da fərziyyələrdir".
İnfeksionist əlavə edib ki, turistik zonalara qadağalar qoymaq indiki dövrdə düzgün sayılmaz: “Son iki ildə karantin qaydaları dünyanın yarıdan çox ölkəsində tətbiq edildi. Insanlar ağır stress şəraitində yaşadılar. Keçən yay da isti havada, qapalı şəraitdə evdə oturduq. Insanlar həm fiziki, həm psixoloji cəhətdən yorulub, müəyyən qədər istirahət etmək istəyir. Əhalinin istirahət etməsi üçün 2 ay vaxt var. Hər kəs stressdən çıxmaq üçün istirahət mərkəzlərinə üz tutur. Təbii ki, istirahət mərkəzlərində sıxlığın yaranması yoluxmanın artması ehtimalını yarada bilər. Ehtiyatı əldən vermək lazım deyil. Əvvəldə də qeyd etdim, ”Delta" ştammına maska taxan insandan belə yoluxmaq mümkündür. Dünyanın onlarla ölkəsindən turistlər gəlir. Onlar virusun daşıyıcısı ola bilər. Hər halda, ehtiyatlı olmaq lazımdır. İstirahət lazımdır, amma həyatımızı təhlükəyə atmadan bunu etməliyik". 
Qeyd edək ki, şahmat üzrə dünya çempionatları təxirə salınıb. Bu barədə qərarı FİDE verib. Qurumun 7 müxtəlif dünya çempionatı ilə bağlı qərarına səbəb koronavirus pandemiyasıdır. FİDE 2021-ci ildə təşkil edilməli olan çempionatları bir il sonraya təxirə salıb. Bu çempionatlar 2022-ci ildə baş tutmalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

7-07-2021, 09:49 187
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836