Nazir müavini Şirvanda yeni məktəbin açılışında iştirak edib


Sentyabrın 20-də Şirvan şəhər  21 nömrəli tam orta məktəb  üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, açılış mərasimində təhsil nazirinin müavini  Muxtar Məmmədov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.
 
Bildirilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.
 
2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
 
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

21-09-2021, 11:16 100

Digər xəbərlər

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

Bələdiyyə sədri məhkəməyə işi Sumqayıt Məhkəməsində

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb - FOTO

Sumqayıtda sosial aksiya keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Bu məktəblərin şagirdləri 300 bal topladı - 39 nəfərin SİYAHISI

"Sumqayıt"dan bunu gözləmək düzgün deyil” - Aslan Kərimovdan etiraz

Vardanyanın iqtisadi cinayətkar şəbəkəsi BELƏ İFŞA EDİLDİ - ŞOK FAKTLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Dünən, 18:25
Dünən, 18:23
Dünən, 14:17
Dünən, 13:53
Dünən, 13:45
Dünən, 13:43
Dünən, 13:41
Dünən, 13:35
Dünən, 12:15
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:02
Dünən, 11:55
Dünən, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
12-04-2024, 16:29
12-04-2024, 15:40
12-04-2024, 15:29
12-04-2024, 15:25
12-04-2024, 15:19
11-04-2024, 16:16
11-04-2024, 10:39
1 2 3 4 5 6 7 8 9 10 ... 835