“Sumqayıt”ın Lixtenşteyndəki gözaltıları - birinə milliləşdirilmə vədi

Premyer Liqada 3-cü pillədə qərarlaşan və Azərbaycan kubokunda finala vəsiqə qazanan “Sumqayıt” avrokubokların hazırlığına indidən başlayıb.

Sumqayit.tv apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovla yeni müqavilə bağlamağa hazırlaşan “gənclik şəhəri” təmsilçisi heyətin gücləndirilməsi üçün də hərəkətə gəlib.
Klub rəhbərliyi transfer hədəfindəki iki oyunçunu artıq müəyyənləşdirib. Əldə etdiyimiz informasiyaya əsasən, “Sumqayıt” İsveçrə çempionatında çıxış edən Lixtenşteyn klubu “Vaduts”un oyunçularını yay fasiləsində Azərbaycana gətirə bilər. Bunlar hücumçu Tunahan Çiçək və sağ vinger Fərhat Sağlamdır. Türkiyə əsilli oyunçuların çıxışı Premyer Liqa təmsilçisinin diqqətini çəkir. Baş məşqçi də razılıq verərsə, Tunahan və Fərhatın keçidi üçün rəsmi danışıqlara start veriləcək.
Hətta 20 yaşı oktyabrda tamam olacaq Fərhat Sağlamın milliləşdirilməsi də gündəmdədir. “Vaduts”un yetirməsinin keçidi baş tutarsa, o, gənclərdən ibarət Azərbaycan yığmasına da çağırılacaq. O, Lixtenşteynin U-17 və U-19 millisinin heyətində çıxış edib.
“Sent-Qallen”in yetirməsi olan 29 yaşlı Tunahan Çiçək isə “Vaduts”a 2019-cu ilin yayında “Ksamaks”dan keçib. Tunahan eyni zamanda pleymeyker və sol cinah yarımmüdafiəçisi funksiyasını da icra edə bilir.



14-05-2021, 00:41 138

Digər xəbərlər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
27-03-2024, 12:40
27-03-2024, 12:38
27-03-2024, 11:19
27-03-2024, 11:08
27-03-2024, 11:05
27-03-2024, 11:03
27-03-2024, 11:02
27-03-2024, 09:55
27-03-2024, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 826