Keşlə adını dəyişib Şamaxını təmsil edəcək




Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" Futbol Klubu arasında müzakirə aparılıb.

Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.
"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.
UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.
Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
 

10-11-2021, 12:15 402

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839