"Qarabağ" və "Neftçi" qalib gəlib, "Sumqayıt" üçüncü pilləni əldən verib

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Sumqayit.tv-nin məlumatına görə, bütün qarşılaşmaları eyni gündə baş tutub.
Günə mükafatlar baxımından əhəmiyyət daşımayan “Qəbələ” – “Sabah” matçı ilə start verilib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Çempionatın lideri “Qarabağ” mövsümün son ev oyununda “Keşlə”ni qəbul edib. Bu qarşılaşmadan qalib ayrılan Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qoruyub. Ağdamlılara ardıcıl 8-ci, ümumilikdə 9-cu çempionluq üçün son turda heç-heçə də kifayət edəcək.
“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışan “Neftçi” “Sumqayıt”ın qonağı olub. Bakılılar cari mövsümdə məğlub edə bilmədiyi, hətta qol vura bilmədiyi rəqib üzərində səfər qələbəsi qazanıb. Bununla da qızıl medal şansını saxlayan Samir Abasovun yetirmələri son turda əsas rəqibinə mütləq qalib gəlməlidir.
Bürünc medal uğrunda mübarizədə “Sumqayıt”ın əsas rəqibi olan “Zirə” isə turu qələbə ilə başa vurub. Rəşad Sadıqovun yetirmələri “Səbail”in qapısından iki top keçirməklə 3-cü sıraya qalxıb.
Qeyd edək ki, sonuncu – XXVIII turun oyunları mayın 19-da keçiriləcək. “Neftçi” “Qarabağ”ı, “Sabah” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı, “Keşlə” “Qəbələ”ni qəbul edəcək.



14-05-2021, 22:39 176
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836