Zaqatalada fındıqçılıqla sərgi-satış yarmarkası keçirilib


Sumqayit.tv xəbər verir ki, Zaqatala rayonunda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin istək və ehtiyacları nəzərə alınaraq təşkil olunan sərgi-satış yarmarkasının məqsədi fındıq sahələrində meyvələrin kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçıları yeni innovativ texnikarla tanış etmək, bu sahədə rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaların tətbiqi yolu ilə məhsuldarlığın artırılmasına nail olmaqdır.
Yarmarkada Nazirliyin tabeli qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, müxtəlif suvarma sistemləri, mineral gübrələr, texnika satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.
Sərgi-satış yarmarkasında fındıqçılıq sahəsinin inkişafı üçün lazım olan bütün texnikalar – müxtəlif ölçülü traktorlar, frezlər, gübrə və dərmansəpən aparatlar, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub.
Fermer və sahibkarlar texnika təchizatçılarının yenilikləri ilə tanış olmaq imkanı qazanıblar. Sərgilənən texnikalar öz innovativliyi ilə seçilib. Bu texnikaların ən böyük üstünlüyü çəkilərinin az olması, istismar müddətinin daha uzun olmasıdır. Sərgi-satış yarmarkasında fermerlərə maraqlı olan texnikalar, ehtiyat hissələri, qurğular üçün tələb olunan maye yağlar, qatqılar və digər zəruri avadanlıqların yerindəcə satışı da həyata keçirilib.
Sərgidə həmçinin, yerli, xarici və qarışıq fındıq sortları nümayiş etdirilib. Bundan başqa, tədbirdə “Aqroservis” ASC ilə yanaşı, mineral gübrələrin satışı ilə məşğul olan digər təchizatçı şirkətlər də iştirak edərək, fındıqçılıqda istifadə olunan mineral gübrə və dərmanları sərgiləyiblər. Qeyd edək ki, sərgi zaman gübrə üçün müraciət edən fermerlərin yaşadıqları kənd və qəsəbələrə “Aqroservis” ASC tərəfindən səyyar satış xidmətləri təşkil edilir.
Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə fındıqçılıq sahəsinin inkişafı məqsədilə tətbiq olunan yeniliklər barədə məlumatlar verilib, fermerlərin sualları ətraflı cavablandırlıb.

7-09-2021, 18:50 111

Digər xəbərlər

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
1 2 3 4 5 6 7 8 9 10 ... 839