“Benzini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur” - Vahid Əhmədov


“Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.
Sumqayit.tv xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputat SOCAR-ın benzinin bahalaşması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:
“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!
“Jurnalistlərə 103 min manat xərcləmişəm” - Vüqar Səfərli
Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.
Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:
“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.
“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”, - deyə V.Əhmədov əlavə edib.

15-09-2021, 17:56 121

Digər xəbərlər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
27-03-2024, 12:40
27-03-2024, 12:38
27-03-2024, 11:19
27-03-2024, 11:08
27-03-2024, 11:05
27-03-2024, 11:03
27-03-2024, 11:02
27-03-2024, 09:55
27-03-2024, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 826