"Vətən bağı" şəhidlər parkında ağacəkmə aksiyası keçiriləcək - müraciət


İctimai fəal, bir çox sosial aksiyaların təşəbbüskarı Emin Tarverdiyev daha bir yeniliyi ictimaiyyətə təqdim edib. Belə ki, "Vətən bağı" Şəhidlər Parkının salınması ideyası ilə çıxış edən Tarverdiyev bu yöndə xeyli işlər görüb. Artıq növbəti həftənin bazar günü adıçəkilən parkda ağacəkmə aksiyası keçirilicək.
Sumqayit.tv xəbər verir ki, Tarverdiyev bununla bağlı ictimaiyyətə müraciət ünvanlayıb:"Dəyərli dostlar! Sentyabrın 26-da (bazar günü) Tərtərdə "Vətən bağı"  Şəhidlər Parkında ağacəkmə kampaniyamız baş tutacaq. İlk öncə onu deyim ki, biz bunu 7 noyabra (bazar günü, Vətən Müharibəsinin bitməsinin 1-ci ilinə görə) planlamışdıq. Planın dəyişilməsini mütəxəssislərlə müzakirə etdik, yekun qərar bu oldu. Tinglərin dibinə Kaliforniya soxulcanının peyinindən hazırlanmış gübrə veriləcək. Ting alınmayacaq, hamısını təmin edəcək adam var. Yığılan pulla oranın suvarma sistemini həll edəcik. 7 noyabrda yenidən Tərtərə gedib, tutmayan tingləri dəyişəcik və bu tarixə kimi orada bəzi işlərimizi görəcəyik. Hamımız savadlı adamlarıq, məsləhət etdik ki, 3000 tingin hamısının tutması mümkün deyil. Bu səbəbdən də Rafiq bəyin təklif etdiyi gübrə ilə tinglərimizin əkilməsini məhz 26 sentyabrda həyata keçirəcəyik. 26 sentyabr gecə 04:00 radələrindən (şənbədən bazar gününə keçən gün) Bakıdan yola düşəcəyik. Adam çox olsa avtobus tutacağıq, olmasa şəxsi avtomobillərlə karvan halında gediləcək. Bu səbəbdən də həmin tarixdə bizimlə birgə olmaq istəyənlər mənimlə əlaqə saxlasınlar: 050 275 49 25.
Görüş yerimiz Bakı şəhəri, Nərimanov rayonu, Gənclik m.st - Tofiq Bəhramov adına stadionun qarşısı olacaq...
Xüsusi qeyd: Yaxın rayonlardan Tərtərə gələcək dostlar ! saat 10:00-da Şıxarx qəsəbəsində - 1-ci postun yanında görüşəcəyik..."

18-09-2021, 18:58 211
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836