Yaşasaydı 26 yaşı olacaqdı sumqayıtlı şəhid Elnur Allahverdiyevin... - FOTOLAR

Yaşasaydı bu gün 26 yaşı olacaqdı. Söhbət 44 günlük Vətən müharibsində şəhidlik zirvəsinə ucalan Elnur Allahverdiyevdən gedir.
Sumqayit.tv xəbər verir ki, şəhidin doğum günü onun Sumqayıt Şəhidlər Xiyabanında olan məzarı başında qeyd edililib.  Şəhidimizin ruhuna dualar oxunub, xatirəsi yad edilib. 
Anım tədbirində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Allahverdizadə Elnur Əli oğlu 15.05.1995 -ci il tarixində Sumqayıt şəhərində doğulub.2012-ci ildə Sumqayıt şəhəri 41 saylı məktəbi bitirib və elə həmin il — 2012 -ci ildə Bakı Slavyan Universitetinin «Tərcümə» fakültəsini «Çex — Azərbaycan dili tərcüməçiliyi» ixtisası üzrə bitirib. 2016 -cı ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb.  2016-2017 — ci illərdə Milli Ordu sıralarında artilleriya ixtisası üzrə  vətənə xidmət edib. «Vətən müharibəsi» başlayarkən Sumqayıt Səfərbərlik Komissarlığının əmri ilə Sentyabrın 29-u yurdumuzu müdafiəyə yolllanıb.  Elnur Allahverdizadə hərbi xidmətdə artilleriyada olduğundan müharibədə də elə  həmin mövqedə döyüşüb — topçu olub. Otyabrın 4-dən aktiv döyüşlərdə olan qardaşım əsasən Ağcabədinin Qiyaməddinli kəndində döyüşsə də , lazımı hallarda ətraf rayonlarda da  — Xocavənd, Ağdam bölgələrində düşmənə qarşı vuruşub.  Allahverdizadə Elnur Əli oğlu 7 noyabr tarxində Ağcabədinin Qiyaməddinli kəndində düşmənin atəş açdığı torlu top qəlpəsinin boğazına tuş gəlməsi nəticəsində şəhidliyə yüksəlib. 8 Noyabr tarixində Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Elnur səs rejissoru kimi fəaliyyət göstərirdi. "Barama", "Atılmışlar" serialları, "Son iclas" sənədli filmi, saysız-hesabsız reklamların səs rejissoru olub. "Bozbash pictures"lə birgə çalışıb. "Picmus production"un əməkdaşı olub. Bir çox seriallara səs rejissorluğu edib. Şəhid Allahverdizadə Elnur Əli oğlu şəhadətindən sonra, «Vətən uğrunda», «Ağdamın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», medalı, «Şücaətə görə» və «Döyüşdə fərqlanməyə görə» medalı ilə təltif edilib. 








15-05-2021, 14:20 616
Bu gün, 08:05
Dünən, 19:35
Dünən, 15:51
20-06-2021, 19:48
19-06-2021, 17:48
19-06-2021, 14:33
17-06-2021, 22:11
17-06-2021, 13:28
17-06-2021, 06:38
15-06-2021, 10:41
15-06-2021, 10:33
13-06-2021, 14:11
13-06-2021, 13:46
12-06-2021, 09:04
11-06-2021, 23:41
11-06-2021, 22:04
11-06-2021, 21:06
11-06-2021, 00:05
10-06-2021, 20:47
9-06-2021, 22:04
9-06-2021, 21:02
9-06-2021, 20:32
9-06-2021, 16:26
9-06-2021, 14:20
9-06-2021, 14:07
9-06-2021, 14:03
9-06-2021, 13:16
8-06-2021, 22:30
7-06-2021, 15:31
7-06-2021, 14:49
7-06-2021, 14:01
7-06-2021, 13:40
7-06-2021, 13:35
4-06-2021, 20:43
4-06-2021, 14:53
4-06-2021, 14:41
2-06-2021, 19:42
2-06-2021, 13:41
1-06-2021, 21:22
31-05-2021, 23:26
1 2 3 4 5 6 7 8 9