Sumqayıtlı cüdoçu ABŞ çempionu oldu - FOTOLAR

Azərbaycanlı cüdoçu Zaur Cəlil Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

Sumqayit.tv report-a istinadən xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

500-dən çox tatami ustasının iştirak etdiyi yarışda Cəlil birincilik kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. O, ABŞ-da cüdo yarışlarına qatılan yeganə azərbaycanlı olaraq öz çəkisində üçüncü dəfə ABŞ çempionu olub.

Cəlil 2006-cı ildə ABŞ-a gəldiyini və Minnesota ştatının Minneapolis şəhərində yaşadığını bildirib. O, iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunduğunu xatırladıb: “Sumqayıt şəhərində anadan olmuşam, 6 yaşından cüdonu öyrənməyə başlamışam. Sonralar qaydasız döyüş və güləşlə də məşğul oldum. Azərbaycanda şəhər və respublika cempionatlarına qatılmışam və bir çox mükafatım var. ABŞ-a gəldikdən sonra isə Nyu-York şəhərində keçirilən cüdo yarışına qatıldım və 60 kq çəkidə ştat çempionu oldum. Daha sonra Roçester şəhərində yüksək nəticə göstərərək ilk qızıl medalımı qazandım.Yaşadığım Minnesota ştatının ardıcıl olaraq 14 dəfə ştat çempionu adını qazanmışam və ABŞ-da keçirilən qaydasız döyüş üzrə bir çox beynəlxalq yarışda birincilik əldə etmişəm”.

Cəlil ştatalararası və beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil etdiyini söyləyib: “Qalib kimi çıxdığım bütün kürsülərdə Azərbaycan bayrağı mənimlə olub. Azərbaycanlı olmaq sərhəd tanımır və həmişə fəxr etmişəm ki, ölkəmi uzaq Amerikada layiqincə təmsil edirəm. Hətta, qatıldığım bir çox yarışda mənfur düşmənlərimizi təmsil edən idmançılar üzərində qazandığım qələbə mənim üçün ikiqat uğur olub. 2007-ci ildə ABŞ-ın Kaliforniya ştatında keçirilmiş cüdo çempionatında erməni idmançını məğlub etdim və onun finala çıxmasına imkan vermədim”.

35 yaşlı idmançı hədəflərinin böyük olduğunu və artıq növbəti beynəlxaq yarışa hazırlaşdığını əlavə edib.





















16-05-2021, 17:56 224

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826