Şəhid Xudayarın anası: Dedim bizə veriləsi evi versinlər ehtiyacı olan şəhid ailəsinə-XUDAYARIN ANASI

Səhid Xudayar Yusifzadə

Bir neçə ay öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürməsi barədə xəbər yayıldı.

Dünən, 15 iyul Xudayar Yusifzadənin doğum günüydü. Şəhidimizin doğum gününü ailəsi onlaraa vəd edilmiş yeni evdəmi qarşılayır? Maraqlanmaq istədik. Təsadüfən bu gün sosial şəbəkələrdə Bərdə rayon sakinlərindən birinin Şəhid Xudayar Yusifzadəyə ev verilməsi və bu ev üzərində müxtəlif maxinasiyalar aparılması barədə məlumatı yayıldı. Xəbərin ən doğrusunu şəhidimizin anası Rada Qurbanovadan öyrənmək istədik.
Rada Qurbanova bildirdi ki, gəlib həyətdə çəkiliş aparılsa da onalra ev tikilməyib. Çünki Bərdə şəhərində onlara məxsus yanmış evin sənədi olmayıb deyə ev tikintisi ilə bağlı işlər təxirə düşüb. Amma Rada xanımın adını bilmədiyi bir xeyriyyəçi onlara ev alıb bağışlayıb. “Ola bilər ki, bu ev əvvəlcə Sahil Babayevin əmisi Vidadi müəllimə məxsus olub. O satıb, Bir başqası da alıb bizə bağışlayıb. Burda heç bir maxinasiyadan söhbət gedə bilməz”,- deyə rada xanım bildirib. Şəhid anası əlavə edib ki, onlara ev hədiyyə edildikdən sonra ƏƏSMN-nin rayon şöbəsinə müraciət edərək, qalmağa yerləri olduğunu bəyan edib, onlara veriləsi evi daha çətin durumda olan şəhid ailələrinə verilməsini özü xahiş edib.
“Bizim hələlik başımızı salacaq bir evimiz var.Elə şəhid ailələri var ki, körpə balaları çətin vəziyyətdə qalıb. Dedim versinlər onlara. Nə zamansa dövlət lazım bilərsə bizə də ev verər”,- deyə böyük ürəkli şəhid anası bildirdi.
Qeyd edək ki, Xudayar hələ balacaykən olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırdılar.
Ailənin yanmış evinin olduğu torpaq sahəsində nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürmüşdü.(bizimyol)

17-07-2021, 14:45 157
Bu gün, 11:16
Bu gün, 11:15
Bu gün, 11:12
Bu gün, 11:12
Bu gün, 11:10
Bu gün, 11:07
Bu gün, 11:04
Bu gün, 10:59
Bu gün, 10:57
Dünən, 18:01
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 836