Sumqayıtda şəhidin xatirə bulağının açılışı olub - VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri Şəhriyar Quliyevin xatirəsi əbədiləşdirilib. 
Bu gün Sumqayıtda şəhidin adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimindən əvvəl Ş.Quliyevin döyüş yoldaşları, ailə üzvləri və yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Daha sonra Ş.Quliyevin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.
Bildirilib ki, təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini, bir neçə texnikasını məhv edən Ş.Quliyev Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib.
İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızın düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır.
Qeyd olunub ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi     qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.
Qeyd edək ki, Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Ş.Quliyev oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, iki oğlu yadigar qalıb.
Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ş.Quliyev "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.(report.az)
Allah rəhmət eləsin!



25-05-2021, 19:55 219

Digər xəbərlər

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

ATƏT tədbirində QAİ və erməni mübahisəsiFOTOVİDEO

Hikmət Hacıyevdən VACİB AÇIQLAMA: Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri...

O vaxt niyə uduzmuşduq? - Erməni akademiklərin qarşısına sağıcılarla çıxmışdıq...

Sumqayıtda müəllim vəfat etdi - Foto

Gözlər BU DƏQİQƏ Moskvada: Əliyevlə Putin görüşdə nələr danışırlar? CANLI

“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ

“Sumqayıt Kimya Sənaye Parkı”na qaz xətti çəkilir - TENDER ELAN EDİLDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
20-04-2024, 13:46
20-04-2024, 13:34
20-04-2024, 13:25
20-04-2024, 13:23
20-04-2024, 11:16
20-04-2024, 11:15
20-04-2024, 11:12
20-04-2024, 11:12
1 2 3 4 5 6 7 8 9 10 ... 838