Muzey Mərkəzində qələbəmizə həsr olunan “Zəfər” adlı sərgi keçirildi


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz düşmən üzərində Şanlı Qələbə qazandı və 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.

Sumqayit.tv xəbər verir ki,  Əldə etdiyimiz Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçısının "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli 2314 nömrəli Sərəncamına əsasən Vətən Müharibəsində əldə etdiyimiz misilsiz qələbənin şərəfinə ölkəmizdə 8 Noyabr tarixi təntənəli şəkildə qeyd edilir.
Bununla əlaqədar Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Muzey Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə möhtəşəm qələbəmizə həsr olunan “Zəfər” adlı sərgi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın hazırda ən möhtəşəm və qürurverici tarixini yaşadığını qeyd etdi. Tarixi həqiqətləri, xalqımızın Qarabağ uğrunda apardığı mübarizəni, Vətən həsrətini və qazandığımız şanlı qələbəni əks etdirən bu sənət nümunələrinin gənc nəslin  maariflənməsində, vətənpərvərlik  ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyətini vurğuladı.  
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək Qələbənin yaradıcı insanlara çox böyük müsbət təsirindən bəhs etdi. Zəfərimizə həsr etdikləri əsərləri böyük ruh yüksəkliyi və iftixar hissi ilə yaratdıqlarını bildirdi.
Sərgidə Azərbaycanın məşhur rəssamlarının, sənət ustalarının Zəfərimizə ithaf etdikləri 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri təqdim olundu. Sərgidə Azərbaycanın Xalq rəssamları-Səlhab Məmmədov, Fərhad Xəlilov, Arif Hüseynov, Siruz Mirzəzadə ilə yanaşı, gənc nəslin də dəyərli fırça ustalarının Qarabağa və Zəfər gününə həsr etdikləri bir-birindən maraqlı əsərləri nümayiş olunur. Sonra qonaqlar bir-birindən maraqlı əsərlərin yer aldığı sərgi ilə tanış oldular.
Qeyd edək ki, Muzey Mərkəzində təşkil edilən “Zəfər” sərgisi noyabr ayının 10-dək davam edəcəkdir.




5-11-2021, 15:24 207

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826