“Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi


Noyabrın 11-də Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında keçirilən festivala 47 rəqs kollektivi olmaqla ümumilikdə 400-dən çox məktəbli qatılıb. Münsiflər heyəti tərəfindən “Milli rəqs” və “Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası” nominasiyaları üzrə 50 rəqs nömrəsinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib.
 
Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, yüksək ifa tərzi ilə seçilən 2 rəqs kollektivi münsiflər heyətinin xüsusi mükafatı ilə, festivalda fəal iştirak edən rəqs kollektivi diplomla təltif olunub, qaliblərə hədiyyələr təqdim olunub. 
 
Qeyd edək ki, festivalın məqsədi ölkəmizin möhtəşəm Qələbəsini qeyd etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq və onlarda hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, xalqımızın şanlı Zəfər tarixi haqqında məlumatları artırmaq, vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etmək, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folkloru ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq, gənc istedadları və uşaq rəqs kollektivlərini üzə çıxarmaqdan ibarət olub. 
 





























12-11-2021, 15:56 178

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Bu gün, 13:10
Bu gün, 12:34
Bu gün, 11:48
Bu gün, 11:24
Bu gün, 11:08
Bu gün, 11:05
Bu gün, 11:03
Dünən, 18:25
Dünən, 18:23
Dünən, 14:17
Dünən, 13:53
Dünən, 13:45
Dünən, 13:43
Dünən, 13:41
Dünən, 13:35
Dünən, 12:15
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:02
Dünən, 11:55
Dünən, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835