Anar Kərimov dünya şöhrətli musiqiçini qəbul edib


Tanınmış violin ifaçısı, dirijor, əslən Bakıdan olan Dmitri Sitkovetski Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə yubiley tədbirlərinə dəvət alaraq, Bakıya gəlib.

Sumqayit.tv xəbər verir ki, səfər çərçivəsində 17 noyabrda D.Sitkovetski mədəniyyət naziri Anar Kərimovla görüşüb. 
Görüşdə, həmçinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli və mədəniyyət nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da iştirak ediblər. 
Məşhur musiqiçini səmimi salamlayan Anar Kərimov onu Bakıda görməyindən məmnunluğunu ifadə edib. Həmçinin yaradıcılığını yaxından izlədiyini vurğulayıb.
Dəvət üçün nazirə təşəkkürünü ifadə edən D.Sitkovetski Azərbaycana hər səfərinin dərin və xoş təəssüratlarla yaddaşına həkk olunduğunu, hər dəfə yeniliklərə, inkişafa şahidlik etdiyini bildirib.
Əslən bakılı musiqiçilər dünya şöhrətli pianoçu Bella Davidoviçin və violin ifaçısı Yulian Sitkovetskinin ailəsində Bakı şəhərində dünyaya gələn sənətkar qəlbən özünü hər zaman bakılı hesab etdiyini bildirib. Həmçinin ölkəmizdə klassik musiqi ənənəsini dirçəltməyin, dünya şöhrətli ifaçıların iştirakı ilə müxtəlif rəngarəng festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. O, bundan sonra da sözügedən ənənələri yaşatmaq üçün öz üzərini düşən öhdəlikləri qürurla yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini  bildirib.
Xatırladaq ki, 18-19 noyabr 2021-ci il tarixində musiqiçinin iştirakilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ustad dərsi və çıxışı baş tutacaq.

18-11-2021, 15:14 110

Digər xəbərlər

Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
1 2 3 4 5 6 7 8 9 10 ... 838