Elnur Əliyev Qətər Muzeylərinin Baş icraçı direktoru ilə görüşdü


Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 7 dekabr 2021-ci il tarixində Qətər Muzeylərinin Baş icraçı direktoru Əhməd Musa Əl-Nəmlə ilə görüşüb.

Sumqayit.tv xəbər verir ki, görüşdə Azərbaycan və Qətər arasında mədəni əməkdaşlığın, o cümlədən muzey işi sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qloballaşan dünyada mədəni unikallığın qorunması və mühafizə edilməsinin əhəmiyyətindən danışıb. Ortaq mədəni dəyərlərin xalqları bir-birinə yaxınlaşdırdığını qeyd edərək, bu xüsusda mədəniyyətin körpü rolu oynadığını vurğulayıb. Nazirin birinci müavini cari ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edərək, dahi mütəfəkkirin yaradıcılığının ümumbəşəri dəyərlərə xidmət etdiyini söyləyib. E.Əliyev Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi, o cümlədən Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə və Qarabağ həqiqətləri barədə həmsöhbətinə ətraflı məlumat verib.
Öz növbəsində, Qətər Muzeylərinin Baş icraçı direktoru Ə.Əl-Nəmlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Qətərə səfəri və keçirilmiş görüşlərin yüksək əhəmiyyətini vurğulayıb. Bu növ fəaliyyətlərin xalqların bir-birini yaxından tanımasına mühüm töhfə verdiyini bildirən Əl-Nəmlə, mövcud əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və səfirliyin nümayəndələri iştirak ediblər.
Daha sonra Elnur Əliyev Qətər Milli Muzeyi ilə tanış olub.




8-12-2021, 15:19 154

Digər xəbərlər

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

58 yaşlı kişi Sumqayıt xəstəxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar etdi

Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq

TƏCİLİ! Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - FOTO

Prezident dörd kəndin aqibətindən danışdı

Prezident: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

Qanda şəkəri salan meyvə açıqlandı

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

“Sumqayıt” gürcü futbolçu ilə bağlı qərarını verdi

Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

1 2 3 4 5 6 7 8 9 10 ... 838
Bu gün, 11:52
Bu gün, 11:34
Bu gün, 11:29
Bu gün, 11:28
Bu gün, 11:11
Bu gün, 09:58
Bu gün, 09:55
Bu gün, 09:51
Dünən, 23:49
Dünən, 20:07
Dünən, 16:43
Dünən, 16:42
Dünən, 16:40
Dünən, 16:03
Dünən, 15:57
Dünən, 15:56
Dünən, 15:51
Dünən, 15:46
Dünən, 15:22
Dünən, 15:19
Dünən, 15:18
Dünən, 15:14
Dünən, 15:11
Dünən, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
22-04-2024, 10:59
22-04-2024, 10:54
22-04-2024, 10:43
22-04-2024, 10:37
22-04-2024, 10:29
22-04-2024, 09:43
22-04-2024, 09:40
20-04-2024, 16:01
20-04-2024, 15:07
20-04-2024, 15:05
20-04-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 838