“Nizami Gəncəvi irsi XXI əsr” simpoziumu keçirilib


Dekabrın 16-da Təhsil və Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami Gəncəvi irsi XXI əsr” simpoziumu və Nizami yaradıcılığına həsr olunmuş sərginin açılış mərasimi keçirilib. 
 

Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi və şairin anadan olmasının 880 illik yubileyinin təntənəli şəkildə qeyd olunması böyük söz sahibinin xatirəsinə dərin ehtiramın ifadəsi, ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir.
 
Nazir müavini qeyd edib ki, bu gün təhsil müəssisələrində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir. Firudin Qurbanovun sözlərinə görə, Nizami Gəncəvi irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur. 
 
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, Nizami dövrü digər şairlərdən fərqlidir. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensiklopedik yanaşma edib. 
Simpoziumda çıxış edən millət vəkili Qənirə Paşayeva Nizami Gəncəvi yaradıcılığında böyük dəyərlərin aşılandığını, onun təkcə şair deyil, həm də böyük fikir adamı olduğunu diqqətə çatdırıb. 
 
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib ki, “Nizami Gəncəvi İli” bu gün dünyanın müxtəlif ölkələrində qeyd olunur. Soltan Məmmədov deyib ki, Azərbaycanın tarixi şəxsiyyətlərinə qiymət verən bu tip tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. 

Tədbir çıxışlarla və bədii kompozisiya ilə davam etdirilib. 
 











17-12-2021, 10:41 111

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826