Erməniləri rüsvay etməyin ən yaxşı yolu məndə olan sənədlər və faktlardı-MUSAHİBƏ

“Nə qədər ki, kinomuz Mədəniyyət Nazirliyinin yedəyində gedəcək, heç bir şeyə nail ola bilməyəcəyik...”

“Böyük kino, böyük kino yaradan ustadlar, mədəniyyət var idi. Ağ atlı kişilər idilər və mindilər atlarını çıxıb getdilər. Bizim ən böyük faciəmiz odur ki, özümüzü itirdik, yol ayrıcında qaldıq”.
 
Sumqayit.tv xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov tarixi kinolarımız haqda danışarkən deyib. Onun sözlərinə görə indi kino çəkənlər az maliyyə vəsaiti ilə bunu ərsəyə gətirməyə çalışırlar:
 
“O, vaxt böyük kino, böyük kino yaradan ustadlar, mədəniyyət var idi. Ağ atlı kişilər idilər və mindilər atlarını çıxıb getdilər. Bizim ən böyük faciəmiz odur ki, özümüzü itirdik, yol ayrıcında qaldıq. Yəni böyük kino mətkəbimizin arxasında ustadlar, sənətkarlar dayanırdılar. O sənətlarlar da milli, vətənpərvərlik ruhda, xalqı, tarixi, dəyərləri, musiqini və poeziyanı yüksək səviyyədə bilirdilər. Ona görə də hətta orta səviyyəli filmlərimizə klassik əsər kimi baxılır. Çünki bunu da edən o böyük ustadlar idi. Daha sonra SSRİ Kinomatoqrafiya İnstitutunun istehsal etdiyi ikinci dağlada kinoçular əmələ gəldilər. Bunlar da Rusiya məktəbini qurtarmışdılar və onlardan biri də mən idim. Lakin mən vətənpərvər adam olduğum üçün dəyişə bilmədim. Yeni bir nəsil gəldi və onlar klassik Azərbaycan kinosuna dedilər ki, köhnədi, buna baxan yoxdur və başladılar dəstələrə bölünüb İtaliya, Fransa və Amerika kimi ölkələrin filmlərini yamsılamağa. Mirzə Cəlilin sözü olmasın axırda oyanıb gördük ki, nə fil düzəldə bilmişik, nə də siçanımız var. Bizim axırıncı nəsil kinoçularımız kimlərisə yamsılamaqla özlərini kino bilicisi kimi aparırdılar. C.Rumi deyirdi ki, bir elmin arxasında əməl yoxdursa, ona vaxt sərf etməyə dəyməz”. 
 
Xalq artistinin sözlərinə görə kino sahəmiz ayrıca fəaliyyət göstərərsə, nəyəsə nail olmaq olar:
 
“Bu gün kinomuzda fəaliyyət göstərən o cavan uşaqlara Milli Qəhrəman fəxri adı vermək lazımdır. Çünki onlar fədaidirlər. Əliyalın, 3-5 manata kino çəkirlər. Kino isə böyük sərmayə tələb edən sənətdi. Heç təsadüfi deyil ki, dünya kinosunda hökmranlıq edən tarixi filmlərin ən balacasının maya dəyəri 140-150 milyon dollardı. Bizə hər ay on min pul verəndə deyirlər ki, kinoya bu boyda pul veririk. Maliyyə Nazirliyimiz kinoya pul ayırır, amma gəlib kinoya çatmır. Kinoya çatan onun suyunun suyudu. Mən həmişə demişəm və yenə də deyirəm. Nə qədər ki, kino ayrıca fəaliyyət göstəcək, o Mədəniyyət Nazirliyinin yedəyində gedəcəksə, heç bir kinodan söhbət gedə bilməz”.
 
Xalq artisti televiziyalarımızın fəaliyyətini də tənqid edib:
 
“İşləri gücləri öz maraqları naminə enerji içkilərini təbliğ edib insanları zəhərləməkdi. Bura da böyük adamlar cəlb olunub və ona görə də çaşıb qalmışam. Gəncləri maarifləndirmək lazımdır ki, sənət sahibi olsunlar. Heç bir işi olmayan adam məcburdu ki, oğurluq etsin, cinayət törətsin. Buna görə televiziyalarımız daranmalı və ələnməlidir. İctimai Şuarlar və digər təşkilatlar hamısı boş-boş şeylərdi. Bütün bunların başında elə onlar dururlar. Niyə Şeyx Əbdülü o şuralara dəvət etmirlər? Çünki mən orda lazımı şeyləri deyəcəm”.
 
Xalq artisti iki yüz illik düşmənimiz olan düşmənə barışıq təklif edənləri sə sərt tənqid edib:
 
“Mənim “Qan yaddaşımız” kitabım çapdan çıxdı. Çox sağ olsun Vasif Talıbov cənabları, o, bu kitabı çap etdirdi. Ondan başqa bir qeyrətli adam tapmadım ki, xalqın dərdindən bəhs edən kitabı çap etsin. Bunu ancaq Vasif müəllim etdi. Mən sizin vasitənizlə müraciət edirəm ki, Hikmət müəllimə də bunu verim və gələcəkdə ondan da dərslik kimi istifadə olunsun. Kitabı bir neçə dillərə tərcümə edib yaymaq lazımdı. Erməniləri rüsvay etməyin ən yaxşı yolu məndə olan sənədlər və faktlardı. Hər dəfə ermənilərə barışıq təklif edənlər kimi aldadır?! İki yüz ildir bizim qan düşmənimiz olan ermənilərin məqsədi son nəfərimizə kimi bizi məhv etməkdi. Biz özümüzü aldadırıq. Ermənilər bizimlə barışan deyil, barışsalar, bizim içimizdə təxribat törədəcəklər. Vaxt itirmək lazım deyil. Bu məsələni savaş və ideologiya baxımından həll etmək lazımdı. Erməniyə savaş təqdim edənlər, ağıla, xeyirxahlığa çağıran adamlar Azərbaycan xalqına xəyanət edən adamlardı”.

16-07-2021, 15:10 200

Digər xəbərlər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 18:24
Bu gün, 17:33
Bu gün, 17:24
Bu gün, 17:20
Bu gün, 16:36
Bu gün, 16:33
Bu gün, 13:15
Bu gün, 13:00
Bu gün, 12:06
Bu gün, 12:04
Bu gün, 12:01
Bu gün, 11:40
Bu gün, 11:31
Bu gün, 11:29
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:51
Bu gün, 10:47
Bu gün, 09:30
Dünən, 15:52
Dünən, 15:46
Dünən, 15:28
Dünən, 12:52
Dünən, 12:49
Dünən, 12:43
Dünən, 12:40
Dünən, 12:38
Dünən, 11:19
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
Dünən, 11:02
Dünən, 09:55
Dünən, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 826