"Mən hələ o yorğanların pulunu ödəməmişəm..." - Mstislav Rostropoviçdən təsirli hekayə…



Əlavə edəcək bir şey yoxdu. Sadəcə ağlamalıdı. 
Mstislav Rostropoviçin şəxsiyyət kimi cəlbediciliyi hamını heyrətləndirirdi və hətta onunla bircə dəfə təmasda olanlar da laqeyd qalmırdı. Asanlıqla dostlar qazanar, eyni rahatlıqla da onları hər hansı bir çılğınlığa cəlb edərdi. Məsələn, 1989-cu ildə Berlin divarı uçurulanda dostu olan fransız bankir Antuan Ribunu özü ilə bərabər Almaniyanın paytaxtına uçmağa məcbur etmişdı. Hardansa bir stul tapıb əyləşən musiqiçi totalitar  xarabalıqlar fonunda Baxdan bir əsər səsləndirmişdi. 
Həyatı musiqidən ayırmazdı və itaətkar bir ifaçı deyildi. Təəccüblü deyil ki, "fərqli düşünmək", "fərqli fikir" demək çətin olduğu bir vaxtda Mstislav Leopoldoviç əvvəlcə filarmoniyalarda ifa etmək hüququndan məhrum edildi və 1974-cü ildə ölkədən qovuldu... 
Sumqayit.tv dünya şöhrətli həmyerlimiz Rostropoviçin danışdığı çox təsirli bir hekayəni oxucularıyla bölüşür... Əlavə edəcək bir şey yoxdu. Sadəcə ağlamalıdı...

 
"1942-ci ildə atam evakuasiya zamanı öldükdə depressiyaya düşdüm, artıq yaşamaq istəmirdim. Məhz o zaman Kiçik Opera və Balet Teatrının artistləri məni özləriylə qastrol səfərlərinə aparmağa başladılar. Onlar məni xilas etmək istədilər. Qışda, dəhşətli soyuqda, səkkiz nömrəli dövlətə məxsus violonçeli kürəyində daşıyan bir oğlanla Orsk şəhərinə getdilər. 
Altı nəfər idik, hamını adla xatırlayıram. Solist Olqa Nikolayevna Qolovinapianoçu İzya Rubanenkomüşayiətçitenorsonradan mənə qəyyumluq edəcək Boris Osipoviç GeftKolya Sokolov və Svetlana Şeina - balet cütlüyü, böyüklər, əməkdar artistlər var idiVə mən. Ümumi vaqona girdik, mənə böyür yataq düşdü, bütün gecəni yol getdiyim üçün yerimə uzandım. Və dərhal vaqonun işıqların söndürdülər, böyüklərin hər biri soyunmağa deyil, əksinə, üstdən nəsə əlavə bir şey geyinməyə başladı. Çünki bizə nazik yorğanlar verilmişdi.
 Mənim üstdən geyməyə bir şeyimin olmaması bir yana, əynimdəki paltarlar da nimdaş idi. Yorğanımın altında büzüşdüm və qatar tərpəndi. Heç cür isinə bilmirdim, vaqon isə getdikcə daha da soyuyurdu. Gecə, qaranlıq, cəhənnəmin bir dairəsində olduğu kimi, ölən ata arxada, bilinməyən qabaqdadır, heç kimə lazımsız biri kimi harasa gedirəm. Yadımdadı, fikirləşirdim ki, bu gecə yuxuda ölsəm, necə də yaxşı olar... Və daha soyuğa müqavimət göstərmədim. 
Tam qaranlıqda oyandım, çünki mənə çox istiydi. Nədənsə yorğanım qalın və ağır idi. Qaranlıqda barmaqlarımla onu yoxladım və üstümdə ümumilikdə altı yorğan olduğunu saydım. Yol yoldaşlarım bir-birindən xəbərsiz öz yorğanını mənim üstümə atmışdı.
Sonralar məni vətəndaşlıqdan məhrum edəndə məndən qəzəb tələb edən dostlarıma dedim: mən hələ o yorğanların pulunu ödəməmişəm. Və bəlkə də heç vaxt ödəyə bilməyəcəyəm. Məni hər gün isidən bu beş sənətçi, atam və başqa bir çoxlarıdır – bax, budur mənim ölkəm və mən ona hələ də borcluyam.
Moderator.az 
Tərcümə və təqdim etdi: Miraslan

10-08-2021, 15:17 220

Digər xəbərlər

Azərbaycan Ordusu Su-25 təyyarələrini havaya qaldırdı - VİDEO

Sumqayıtda“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib-Foto

Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub - VİDEO

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...FOTO

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

Ramiz Mehdiyevin kürəkəninin işinə Sumqayıtda baxılır-MƏHKƏMƏ

Bakı-Sumqayıt yolunda tıxac problemini necə həll etmək olar? – AÇIQLAMA

Kreml təsdiqlədi: Sülhməramlılar Azərbaycandan çıxarılır

Tanınmış uşaq kardioloqu Sumqayıt Tibb Mərkəzinidə fəaliyyətə başladı

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ – VİDEO

Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir

Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür

İranda qadın hicaba görə öldürüldü

Xronika: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 835
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
16-04-2024, 11:11
16-04-2024, 11:07
16-04-2024, 09:35
15-04-2024, 19:59
15-04-2024, 19:20
15-04-2024, 19:19
15-04-2024, 16:05
15-04-2024, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
1 2 3 4 5 6 7 8 9 10 ... 835