Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində təxribat törədiblər


Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq, yanğınlar törətməyə cəhd ediblər.
Sumqayit.tv-nin məlumatına görə,Son günlər Ermənistan tərəfi yerli media orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur. 44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın olunan və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının
ört-basdır edilməsi üçün guya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə Ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutaraq vəziyyət gərginləşdirilir.
Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar  törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.
Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində çəkilişlər aparan zaman erməni hərbçilərinin mövqelərimizi atəşə tutması ilə yanaşı, törətdikləri ekoloji terrorun da şahidi olduq. Revanşizm xülyaları ilə yaşayan düşmən əlindən bir iş gəlmədiyində müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir. İnsanlığa faydalı iş görə bilməyən erməni vandallarının törətdikləri yanğınlar elə öz mövqelərinə od salıb. Kadrlardan da gördüyünüz kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər. Düşmən komandanlığının öz əsgərinə etmədiyi yaxşılığı və insanpərvərliyi edən Azərbaycan tərəfi hümanist addım ataraq yanğının söndürülməsi üçün şərait yaradıb. Amma bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınları söndürərkən erməni tərəfdən atəşə tutulmuşdular və nazirliyin bir nəfər yanğınsöndürən zabiti güllə yarası almışdı.
Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük.
Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs bizim tərəfdən pozulursa və ilk atəşi biz açırıqsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki, erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir.
 Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhəddi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır.


26-08-2021, 10:30 132

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839