2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr


Əlimizdə olan məlumatlara əsasən iddia etmək mümkündür ki, İkinci Qarabağ müharibəsi dövrü ərzində oktyabrın 10-u itkilər baxımından ən qanlı gün olub.
Qarabağda 44 günlük intensiv hərbi əməliyyatlardan 7 aydan çox müddət keçsə də, həlak olanların ümumi sayı hələ də açıqlanmayıb. İndiyədək Ermənistan Müdafiə Nazirliyi döyüşlər zamanı həlak olmuş 3000-dən artıq hərbçinin adını dərc edib. 400-dən artıq ad digər mənbələr, o cümlədən Hərbçilərin Sığortalanması Fondu və “Yerkir Media” teleşirkəti tərəfindən ictimailəşdirilib. Beləliklə, həlak olanların 3400-ə yaxınının adı açıqlanıb.
Eyni zamanda, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, parçalanmış cəsədlər də daxil olmaqla ümumilikdə 3723 insan qalığı araşdırılıb. Bunlardan təxminən 3500-nün şəxsiyyəti müəyyənləşdirilib, qalanları üzrəində DNT testi və uyğunlaşdırma prosesi gedir. Rəsmi məlumatlara əsasən, 275 hərbçi itkin düşmüş hesab olunur. İtkin düşmüş hərbiçilərin cəsədlərinin axtarışı üzrə əməliyyatlar davam edir və yalnız son həftələrdə 20-dən artıq cəsəd aşkar edilmişdir. 

Müharibə zamanı həlak olmuş bütün hərbi qulluqçuların təxminən yarısı haqqında aparılan təhlillərə əsaslanaraq Ermənistan qoşunlarının ən ağır itkilərə oktyabrın 9-dan 15-dək olan dövrdə məruz qaldığını iddia etmək olar. Bu həftə ərzində ən azı 600 hərbçi həlak olub və ya yaralanaraq ölüb. Bu yeddi gün ərzində, yəqin ki, 1000-dən çox erməni ölmüşdür.

Bu yeddi qanlı gündən oktyabrın 10-u ən ölümcülüdür. Qeyd olunan gün ərzində ən azı 126 ölüm faktı təsdiqlənib və ölənlərin ümumi sayının ekstrapolyasiya edilməsi ilə həmin gün 200-dən çox insanın həlak olduğu məlum olub.
10 oktyabr tarixində nə baş vermişdi?

Moskvada 9 saat davam edən gecə danışıqlarından sonra Ermənistan və Azərbaycan oktyabrın 10-da günorta başlanacaq “humanitar atəşkəs” elan etdilər. Əslində, Xankəndi və Şuşanın atəşə tutulmaması ilə bağlı öhdəlikdə var idi. Buna baxmayaraq, ölənlərin sayına görə döyüş əməliyyatlarının Qarabağın cənubunda daha da gücləndiyini iddia etmək olar.

Ermənistan Xarici İşlər Nazirliyinin bu həftə mətbuata sızan sənədinə əsasən, dekabrın 9-da Vladimir Putin Angela Merkellə söhbətində Nikol Paşinyanın oktyabrın 9-10-da Moskvada keçirilən gecə danışıqlarında iki ölkənin xarici işlər nazirləri tərəfindən müzakirə olunan və Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsə razılıq verməməsinə təəccübləndiyini bildirib.

Sızan sənəddə bu göstərilməsə də, Türkiyə tərəfindən dəstəklənən Azərbaycan atəşkəsin bir şərti olaraq Ermənistanın Qarabağın Sovet dövrünün inzibati xəttinə görə cənub və şərqindəki keçmiş Azərbaycan rayonlarından geri çəkilmə qrafikinə (son illərdə “Lavrov Planı” adlandırılan, 2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan tərəfindən rədd edilən plana uyğun olaraq) razılıq verməli olduğunda israr etdi.

Güman ki, Paşinyan şərtləri siyasi cəhətdən özü üçün qəbuledilməz hesab edib. Lakin dörd həftə sonra, döyüş meydanındakı vəziyyət fəlakətə çevriləndə Paşinyan ilkin “Lavrov Planı”ndan daha pis olan şərtlərlə atəşkəsə razılıq verdi.

Oktyabrın 10-da səhər saatlarında erməni hərbçiləri “Azərbaycan qüvvələrinin cənubi Qarabağda Hadruta quru hücumu və Ermənistanın cənubunda Qafan bölgəsinə PUA hücumları həyata keçirdiyini” xəbər verdi. Tezliklə məlum oldu ki, Qafana pilotsuz təyyarələrin hücumunun əsas hədəfi S-300 müdafiə sistemi imiş; hücum zamanı ən azı 3 erməni hərbçi öldürülmüşdü.

Elə həmin gün Türkiyənin Müdafiə Nazirliyi Qarabağın cənubunda əksəriyyəti 1990-cı illərin əvvəllərindən dağıdılmış və yalnız xəritələrdə qeyd olunan “34 yaşayış məntəqəsi”nin ələ keçirildiyini bildirdi.

Hadrutda panika

Həmin gün Cəbrayıl istiqamətindəhərəkət edən Azərbaycan qoşunları Hadruta şimal istiqamətindən daxil olaraq, ümumi evakuasiyadan sonra şəhərdə qalmış ən azı beş nəfər dinc sakini qətlə yetirdilər. Daha sonra həmin gün erməni tərəfi şəhərdəki Azərbaycan qüvvələrini “mühasirəyə aldığını” elan etdi. Ancaq döyüşlərin davam etməsi ilə bir neçə gün sonra Hadrutdakı erməni qoşunları özləri mərmi alovunun əhatəsinə düşdü.
Qarabağ müharibəsinin veteranı və aktivist Qagik Avanesyan “CivilNet”in müxbiri Tatul Akopyanla söhbətində müharibənin başlanmasından bir neçə gün sonra Ermənistandan çağırılmış ehtiyatda olan əsgərlərinoktyabrın 10-u səhər çağı Hadrutun şimalından təşviş içində qaçdığını gördüyünü bildirdi. “Dağlıq Qarabağ” prezidenti Arik Arutyunyan onları geri qaytarmağa çalışsa da, bu mümkün olmamışdı. Avanesyanın sözlərinə görə, həmin gün Hadrutda cəmi 50-70 Azərbaycan əsgəri olsa da, 500-dən artıq erməni əsgər və ehtiyatda olan əsgər onlara qarşı müqavimət göstərə bilmədi.

Bu məlumatı Hadruta könüllü getmiş David Sanasaryan da təsdiqləyib. Onun sözlərinə görə, azərbaycanlı əsgərlərin sayı 10 dəfə ermənilərdən daha az idi. Erməni bölmələri panikada olduğundan yerli Hadrut məmurlarının və bir neçə istefada olan ordu zabitinin müqavimət təşkil etmə cəhdləri uğursuzluğa düçar oldu. Bəzi hallarda müntəzəm ordu əsgərləri qorxudan qaçan ehtiyatda olan əsgərləriazərbaycanlılar hesab edərək özününkülərə atəş açmışdı.

O gün Hadrutda olan hərbçilərin əksəriyyəti Cəbrayıldakı bazasından yenicə geri çəkilmiş 9-cu alayın tədris batalyonuna aid təcrübəsiz və yeni əsgərlərdən ibarət idi. Ermənistanın xüsusi təyinatlı dəstəsi də şəhərdə idi; onun komandirlərindən biri mayor Arutyun Manuçaryan Hadrutun cənubundakı Tsor bölgəsindəki döyüşdə öldürülmüşdü. Hadrutda ölənlər arasında sülhməramlı briqadadan üç hərbçi də vardı.

Oktyabrın 10-da Hadrutda yerləşən diviziya komandirinin müavini, polkovnik Hrayr Davtyan və təcrübəli kəşfiyyat zabiti Hrant Firəngiyan da həlak olanlar arasında idi. 30 yaşlı müharibə veteranı Davtyan mina partlaması zamanı ayağını itirdikdən sonra da xidmətini davam etdirmişdi. Davtyan diviziya qərargahına rəhbərlik edirdi və onun ölümü qərargahın həmin gün ələ keçirildiyini göstərir. (Hadrut diviziyası 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarətdi və Qarabağın cənub hissəsinin müdafiə xəttinə nəzarət edirdi).

Ən ölümcül insident isə əksəriyyəti Kotaykdan olan təxminən 20 Yerkrapa** könüllüsünün içində olduğu yük maşının PUA tərəfindən vurularaq dağ yolundan yuvarlanması hesab oluna bilər.

Cəbrayılda döyüşlər

Daha qanlı döyüşlər cənubda – Cəbrayıl rayonunda baş gedirdi. Orada türk-Azərbaycan qüvvələrinin oktyabrın 5-6-da Araz çayı boyunca irəliləyişindən və erməni tərəfinin oktyabrın 7-8-də uğursuz əks-hücumundan sonra ön mövqelərdəki bir çox erməni əsgərin arxa cəbhə ilə əlaqəsi kəsilmişdi. Onlar Azərbaycan qoşunlarının və türk-Suriya hərbi birləşmələrinin yerüstü hücumlarına müqavimət göstərə bilməmişdilər.

Hərbi əməliyyatlar başa çatdıqdan sonra ən çox erməni qalıqları məhz Cəbrayılda tapılmışdı. Ən ağır itkilər artilleriya bölmələrinə aid idi: Ermənistan hava hücumundan müdafiə sistemlərinin məhvindən sonra onlar türk PUA donanması tərəfindən dənlənmişdi.

Həmin gün həlak olan onlarla erməni hərbçi Müdafiə Ordusunun*** Cəbrayıl şəhərində yerləşən 9-cu alayından və qonşu 1-ci alaydan (Hadrut) idilər. Şəxsiyyətləri müəyyənləşdirilmiş digər şəxslərdən 17 nəfər  4-cü korpusdan, 6-sı 1-ci korpusdan, 4-ü 4-cü alaydan (Əsgəran) və 2-si da 9-cu və 1-ci alayları gücləndirmək məqsədi ilə göndərilmiş 3-cü korpusdan idi.

Digər itkiləri nəzərə alaraq, oktyabrın 10-da cənub cəbhəsindən kənarda tək-tük toqquşmaların baş verdiyini iddia etmək olar. Həmin gün həyatını itirmiş və şəxsiyyəti müəyyənləşdirilmiş 126 hərbçidən 8-i Ağdarə/Suqovuşan ərazilərində döyüş əməliyyatları zamanı, 4-ü Kəlbəcərdə və 2-si onların arasında yerləşən Yeğnik mövqelərində həlak olmuşdu.
 
Redaktorların qeydi:
* Yuxarıdakı qrafik Cənubi Kaliforniya Universitetinin Erməni Araşdırmaları İnstitutunun fokus qrupunun 2069 qeydə əsaslanan təhlilinə əsaslanır.
**Yerkrapa – Birinci Qarabağ müharibəsinin veteranları tərəfindən yaradılmış qeyri-hökumət təşkilatı.
***Müdafiə Ordusu – “Dağlıq Qarabağ Respublikası”nın silahlı qüvvələri.
 
Araşdırmanın orijinalı 17 iyun 2021-ci ildə Cənubi Kaliforniya Universitetinin Erməni Araşdırmaları İnstitutunun səhifəsində dərc olunub.
Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova tərəfindən tərcümə və Rusif Hüseynov tərəfindən redaktə edilmişdir.
Mənbə: Politicon.co

18-09-2021, 13:36 192

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839