Dövlət hər addımında vətəndaşı düşündüyünü bir daha nümayiş etdirdi





Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü


Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk gündən sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu prinsiplə ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividentlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial siyasət real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının 2019-cu ilin əvvəllərindən təqdim etdiyi sosial paketlər vətəndaş rifahı naminə atılan mühüm yeni addımlar idi. Qeyd olunan layihələr bu və ya digər şəkildə ölkə əhalisinin 4,2 milyon nəfərindən çoxuna şamil olunmuşdu.
"Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir” – söyləyən ölkə prezidenti İlham Əliyev Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu həmişə qeyd etmiş və bunu əməli işdə göstərmişdir.
Bu sosial layihələrin davamı kimi Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixində imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan 1.8 milyon vətəndaşın rifahının qorunmasına, sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək.
Sərəncam ölkədaxili qiymətlərə də sirayət edən beynəlxalq bazarlardakı proseslərin ölkə əhalisinə, xüsusən də sosial həssas əhali qrupuna fəsadlarının yumşaldılması və bu qəbildən olan insanlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədini daşıyır.
Sərəncamda ölkə başçısı Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlayıb təqdim edilməsini tapşırır və həmin təkliflərin hazırlanmasına artıq başlanmışdır.
Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətin vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi olduğunu bir daha sübut edən bu Sərəncam ölkədə islahatların son illərdə inqilabi xarakter aldığını təzahür etdirir.
Təsadüfi deyil ki, sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir.
Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə bağlı Tarif Şurasının qərarı ilə eyni gündə imzalanmış Sərəncam qiymət artımı ilə paralel olaraq maaş və pensiyaların, təqaüdlərin, sosial ödənişlərin ciddi artımları tariflərdəki artımları kompensasiya etmək baxımından vaxtında atılmış ciddi addımdır. Bu addım həmişə olduğu kimi, yenə də  Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaşın sosial rifahının dayandığını bir daha nümayiş etdirir.

18-10-2021, 11:34 181
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836