"Bəli, müharibəni uduzduq, amma müharibə qorxusu bizi kölə etməməlidir...


“Sivilitas” Fondunun təsisçisi, 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan məqalə yazıb:
 
"Ermənistan tezliklə bir neçə ciddi problemlə qarşılaşacaq. Azərbaycan Ermənistandakı daxili siyasi hadisələri müzakirə etmək üçün əlverişli anın yetişməsini gözləməyə hazırdır. Bu gündəmi ən qısa müddətdə həyata keçirmək üçün Bakı Ermənistanın zəif müdafiəsindən və danışıqlardakı mövqelərindən istifadə edərək bütün mümkün rıçaqlardan istifadə etməyə çalışacaq.
 
Birincisi, anklav məsələsi ilə məşğul olan mümkün delimitasiya sənədidir.
 
İkincisi, 9 noyabr bəyanatının müddəası olan Azərbaycandan onun Naxçıvan muxtariyyətinə gedən yol/dəhliz məsələsidir.
 
Üçüncüsü, Ermənistan-Azərbaycan arasında sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasına dair mümkün sazişin imzalanmasıdır.
 
Bunların hər üçü Ermənistan üçün çox ciddi problemlərdir. Üstəlik, sülh sazişi Dağlıq Qarabağın son itkisini də tamamlayacaqdır.
 
Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıması şərti ilə Azərbaycanın sənədini imzalayacağı açıqdır. Ən yaxşı halda sənəddə bu gün Qarabağın qalan hissəsində ermənilərə bir növ mədəni muxtariyyətı təmin edən bir müddəa təqdim edilə bilər. Bu sənəd, əlbəttə ki, yuxarıda göstərilən üç sənədin ən təhlükəlisidir, ilk ikisinin həyata keçirilməsi əvvəlcədən üçüncünün həyata keçirilməsi ilə əlaqəli olacaqdır. Başqa sözlə, Ermənistan-Türkiyə sərhədinin açılması, Ermənistan-Azərbaycan sərhədinin açılması, rabitənin başlanması bu sənədin imzalanması ilə əlaqəli olacaqdır. Keçmişdə Türkiyə və Azərbaycan Qarabağa bitişik bir neçə rayonun qaytarılması halında kommunikasiyaları açmağa hazır olduqlarını bildirirdilərsə, yaxın gələcəkdə bu üçüncü sənədin imzalanması kommunikasiyaların açılması üçün ilkin şərt olacaqdır.
 
Təəssürat budur ki, erməni tərəfi bu proseslərdə iştirak etməyə hazırdır. Bu, hakim partiyanın seçki kampaniyası zamanı verdiyi açıqlamalardan və yanaşmalardan aydın oldu.
 
Bu an üçün Ermənistanın öz gündəmi yoxdur. Belə bir gündəm olmadan, yuxarıda göstərilən proseslərdə iştirak mütləq arzuolunmaz nəticələrə – yeni diplomatik, ərazi və təhlükəsizlik fəsadlarına və itkilərinə səbəb olacaqdır.
 
Ermənistan bütün bunlara öz gündəmi ilə qarşı çıxmalıdır, bunun minimum müddəaları belə ola bilər:
 
1. Azərbaycanda saxlanılan bütün ermənilərin (məqalədə “erməni əsirlər” sözü işlədilir), o cümlədən mühakimə olunanların qaytarılması.
 
2. Ermənistanın suveren ərazisində tam nəzarət hüququ.
 
3. 1994-cü ildə atəşkəs sazişi imzalanandan bəri beynəlxalq birliyin təqdim etdiyi bütün razılaşma sənədlərində mövcud olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi vahid kimi sərhədlərinin mövcudluğunun tanınması (1997-ci il “Paket həll”; 1997-ci il “Mərhələli həll” planı; 1998-ci il “Ümumi dövlət” təklifi; 2001-ci il Ki-Vest danışıqları; 2004-cü il “Madrid prinsipləri”; 2008-ci il Kazan danışıqları, daha sonra Lavrov planı).
 
4. Dağlıq Qarabağın statusunun tənzimlənməsi üzrə Minsk Qrupu çərçivəsində danışıqların bərpası.
 
Diplomatiyada məsələlərin düzgün, sağlam və qavranıla bilən formulası danışıqlarda uğur qazanmağın əsas zəmanətidir. Son dərəcə əsassız mövqe hətta ən yaxın müttəfiqin, rəqibin birmənalı müxalifinin, vasitəçilərin belə qınağına, qarışıqlığa səbəb ola bilər. Bu, istər-istəməz həmin yanaşmaların nüfuzdan düşməsinə və danışıqların uğursuz olmasına gətirib çıxaracaqdır. Belə mövqelər olduğu təqdirdə rəqibin yenidən hərbi əməliyyatlara başlamağa təhrik ediləcəyi istisna edilmir. Beynəlxalq diplomatiyada buna dair bir çox nümunə var. Bunu özümüz gördük və bir müddət əvvəl dərimizdə hiss etdik.
 
Təklif olunan erməni gündəmində diplomatik-hərbi qarşıdurmaya səbəb ola biləcək belə bir məsələ yoxdur. Dağlıq Qarabağın itirilmiş ərazilərinə dair iddialarımızın qaldırılmasının hərbi əməliyyatlara səbəb olacağı ilə bağlı populyar fikri qəbul etmirəm. Bəli, müharibəni uduzduq, müharibənin ən pis nəticələrini gördük, müharibədən çəkinmək üçün hər şey edilməli, amma müharibə qorxusu bizi kölə etməməlidir.
 
Yuxarıda göstərilən erməni gündəminin tərtib edilməsi, nöqtə-nöqtə siyasi, hüquqi-tarixi əsaslandırmalar və onların effektiv diplomatik axtarışları üçün mexanizmlərin işlənib hazırlanması və nəhayət, irəli sürülməsi bu gün Ermənistan dövlətinin əsas tələbi olmalıdır". (teleqraf.com) 

24-06-2021, 12:25 143

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839