DTX şefi Azərbaycanda təhlükəsizliyi pozmaq istəyənlərə xəbərdarlıq etdi


Oktyabrın 25-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilmişdir. 


Sumqayit.tv xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak etmişlər. Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycan Respublikasının 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.

İlk olaraq çıxış edən Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü ifadə etmişdir. Natiq bildirmişdir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində  respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaratmışdır. Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir. Bununla yanaşı qeyd edilmişdir ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışmış, bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs etmişdir. 30 ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşmışdır.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs etmiş, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. General-polkovnik Əli Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırmışdır. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulamışdır ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.

Tədbir iştirakçı müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və mühazirələri ilə davam etmişdir.


Xəbəri


26-10-2021, 11:38 178

Digər xəbərlər

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

İcra Hakimiyyəti tender elan etdi - DETALLAR

Qaraqoyunlu dərəsinin baş tacı - Çaykənd

Sumqayıtda 82 yaşlı kişini öldürərək basdıran ustadan xəbər var

Sumqayıt Məhkəməsi maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxsin şikayətini təmin etmədi

Sumqayıt sakinlərinin nazirlər və digər rəhbər şəxslərlə gürüşəcəyi tarixin- CƏDVƏLİ

Avropa nəhəngi kisənin ağzını açdı - Ardaya sürpriz TƏKLİF

Sumqayıt sakini: “Sahibsiz itlərlə bağlı tədbir görən yoxdur

Bayden Putini yenidən qəddar adlandırdı

1 2 3 4 5 6 7 8 9 10 ... 825
Bu gün, 12:06
Bu gün, 12:04
Bu gün, 12:01
Bu gün, 11:40
Bu gün, 11:31
Bu gün, 11:29
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:51
Bu gün, 10:47
Bu gün, 09:30
Dünən, 15:52
Dünən, 15:46
Dünən, 15:28
Dünən, 12:52
Dünən, 12:49
Dünən, 12:43
Dünən, 12:40
Dünən, 12:38
Dünən, 11:19
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
Dünən, 11:02
Dünən, 09:55
Dünən, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
26-03-2024, 12:33
26-03-2024, 12:32
26-03-2024, 11:25
25-03-2024, 13:35
25-03-2024, 13:34
25-03-2024, 12:37
25-03-2024, 12:16
25-03-2024, 12:09
1 2 3 4 5 6 7 8 9 10 ... 825