Regionun ən çırtdan dövləti hər 3 qonşusuna qarşı ərazi iddiasından əl çəkmir...

Regionun ən çırtdan dövləti hər 3 qonşusuna qarşı ərazi iddiasından əl çəkmir...

Erməni hərbçilər hələ uzun müddət  beynəlxalq ictimaiyyət arasında istehza obyekti olacaqlar...
 
Agile Spirit 2021
 
Bu gün Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh 2021”) çoxmillətli hərbi təlimləri başladı. Bu Gürcüstan Müdafiə Qüvvələrinin və ABŞ Ordusunun Avropa və Afrika komandanlığının birgə rəhbərlik etdiyi çoxmillətli komanda qərargah təlimləridir. 
 
Təlimlərin tarixi
 
“Agile Spirit” hərbi təlimləri Gürcüstanda ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində 2011-ci ildən etibarən hər il keçirilir. 2020-ci ildə təlimlər koronavirus pandemiyası səbəbindən keçirilməyib. Bu təlimlər əvvəlcə ABŞ və Gürcüstanın Hərbi Dəniz Qüvvələri arasında keçirilirdi, 2018-ci ildən isə ABŞ-ın Avropa Komandanlığının Birgə Təlim Proqramının bir hissəsinə çevrildi. Təlimlər ABŞ Ordusunun Avropa və Afrika komandanlığının yaxın iştirakı və dəstəyi ilə iki ildən bir keçirilir. Ümumilikdə “Agile Spirit 2021” bu il 10-cu dəfədir ki, keçirilir. 
 
Gürcüstanın hazırlıq fəaliyyətləri
 
“Agile Spirit 2021” təlimlərinə ev sahibliyi edən Gürcüstan, ABŞ ilə birlikdə müttəfiq və regional tərəfdaşların birgə təlimləri üçün hazırlıq mühitini və qarşılıqlı fəaliyyətlərin təmin olunması üçün səylərini hər il artırmaqdadır. Təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının tərkib hissələrindən biridir.
 
Təlim iştirakçıları
 
Bu təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir. Ermənistan bu dəfə də beynəlxalq təlimlərdən kənarda qalmaqla “dalanda” olduğunu bir daha nümayiş etdirir. 
Təlimlərdə ümimilikdə iştirak edəcək heyətin 700 nəfəri ABŞ-dan, 1600 nəfəri Gürcüstandan, qalanları isə digər ölkələrdəndir. Müxtəlif ölkələrdən şəxsi heyət və hərbi texnika təlimlərdə iştirak etmək üçün artıq Gürcüstandadır. Daşınmada hava və dəniz yolundan istifadə edilib. OBIRIX yük gəmisi artıq ABŞ-ın 173-cü hava desant və 18-ci hərbi polis briqadalarına məxsus HMMWV "Hummer" zirehli ərazi maşınlarını və maddi-texniki təchizat üçün avadanlıqları Poti limanına gətirib. Dəniz yolu ilə daşınan ABŞ avadanlıqları Poti limanına Rumıniyanın Konstanta limanından gətirilib. Təlimlərdən sonra bəzi avadanlılqların Gürcüstan ordusuna təhvil verilməsi də mümkündür.  
 
Təlimlərin məqsədi
 
15 müttəfiq və tərəfdaş ölkənin iştirak etdiyi təlimlərin keçirilməsində əsas məqsəd ABŞ ilə Gürcüstanın müttəfiqlərinin və regional tərəfdaşlarının hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsindən, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirilməsindən ibarətdir.
 
Təlimlərin ssenarisi 
 
“Gücümüz Tərəfdaşlıqdadır” şüarı altında keçirilən təlimlər taborlar səviyyəsində səhra vərdişlərinin artırılmasına istiqamətlənən çoxmillətli təlim ssenarisi üzrə həyata keçiriləcək. “Agile Spirit 2021” təlimləri ərazi şəraitində keçiriləcək və taborlar səviyyəsində döyüş atışlı tapşırıqlar icra olunacaq. 
 
Təlimlərdə gözlənilən yeniliklər
 
Gürcüstan tərəfindən istehsal olunan “Didgori 1” və “Didgori Medevac” hərbi maşınları çoxmillətli təlimlərdə ilk dəfə iştirak edəcək.
Gürcüstan, Birləşmiş Krallıq və Polşanın iştirakı ilə ilk dəfə birləşmiş çoxmillətli hava-desant əməliyyatı həyata keçiriləcək. 
Gürcüstan, ABŞ, Birləşmiş Krallıq, Rumıniya və Polşanın  Xüsusi Əməliyyat Qüvvələri  ilk dəfə Gürcüstanın Sorta təlim poliqonunda birgə əməliyyatlarda iştirak edəcəklər.
 
Azərbaycan və Türkiyənin iştirakı
 
Azərbaycan Qarabağda Qələbədən sonra ilk dəfə qalib Ordu kimi çoxmillətli NATO təlimlərində iştirak edir. Konkret olaraq hansı yeniliklər ilə təlim iştirakçılarını təəccübləndirəcəyimiz barədə məlumatlara açıq mənbələrdə rasr gəlinmir, amma Türkiyə ilə Azərbaycan hərbçilərinin xüsusi əməliyyatlarda kifayət qədər döyüş təcrübəsinə malik olduğunu nəzərə alaraq, iştiarakçı heyətə bu təlimlərdə bəzi sürpirizlərin təqdim ediləcəyi gözləniləndir. 
 
Təlimlərin keçiriləcəyi əraziləri
 
Təlimlər Gürcüstanın Vaziani poliqonunda, Senaki və Vaziani aviabazalarında, Orfololo və Sorta / Eki təlim poliqonlarında keçiriləcək. Təlimlərdə səhra məşqləri,  taborun döyüş atışları və komanda məntəqəsində qərargah oyunları icra ediləcək.
 
Nəticə
 
Türk ordu modelinə keçən Azərbaycanın çoxmillətli NATO təlimlərində iştirakı Silahlı Qüvvələrimiz üçün mühüm əhəmiyyət daşıyır, çünki Türkiyə Ordusu NATO-nun 2-ci böyük ordusudur. “Agile Spirit 2021” regional sabitliyə və təhlükəsizliyə töhfə verməklə bərabər NATO üzvü və tərəfdaşı olan ölkələrin, o cümlədən Azərbaycanın regional böhranlara və təhdidlərə daha təsirli cavab vermək imkanlarını artıracaq. Digər tərəfdən isə bu təlimlərdə Azərbaycanın hərbi sahədə geniş əməkdaşlıq etdiyi Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Böyük Britaniya və İtaliya da iştirak edir. Azərbaycan Almaniya, Polşa, Litva, Latviya, İspaniya, Rumıniya kimi digər iştirakçı ölkələr ilə də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir və bu əlaqələri daha da genişləndirməkdə maraqlıdır. Başqa sözlə desək Azərbaycan bu təlimlərdə iştirak edən digər 14 ölkədən 12-si ilə hərbi sahədə bu və ya digər şəviyyədə uğurla əməkdaşlıq edir. Regionun ən çırtdan dövləti Ermənistan isə Qarabağ Müharibəsində məğlubiyyətinə görə düşdüyü deppressiv durumuna baxmayaraq, bu təlimlərdə iştirak edən hər 3 qonşu ölkəyə qarşı ərazi iddialarından hələ də əl çəkməyib. Əvvəllər çoxmillətli təlimlərin iştirakçısı kimi  bilirəm ki, fərqli ölkələrdən olan hərbçilər mövcud münaqişələr barədə diskusiyalara daha meylli olurlar. Görünür Ermənistan hərbi strukturları hələ “Hanı 30 il işğalda saxladınız Qarabağ? və ya “Məğlubedilməz erməni ordusundan nə qalıb” suallarına sağlam məntiqə sığan bir cavab tapa bilməyiblər. Bunları nəzərə alsaq, həm iqtisadi, həm də hərbi cəhətdən “dalana” dirənən Ermənistan üçün hazırda yeganə çıxış yolu, mümkün olan ən qısa müddətdə Azərbaycanla sülh sazişi imzalayıb, münaqişənin keçmişdə qaldığına dair yayındırıcı cavab formalaşdırmaqdan ibarətdir. Əks halda erməni hərbçilər hələ uzun müddət  beynəlxalq ictimaiyyət arasında istehza obyekti olacaqlar.
 
Ədalət Verdiyev, hərbi ekspert (moderator.az)

26-07-2021, 17:31 190
Bu gün, 15:07
Bu gün, 15:05
Bu gün, 14:01
Bu gün, 13:46
Bu gün, 13:34
Bu gün, 13:25
Bu gün, 13:23
Bu gün, 11:16
Bu gün, 11:15
Bu gün, 11:12
Bu gün, 11:12
Bu gün, 11:10
Bu gün, 11:07
Bu gün, 11:04
Bu gün, 10:59
Bu gün, 10:57
Dünən, 18:01
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
1 2 3 4 5 6 7 8 9 10 ... 836