Sumqayıtda “İstedad Proqramı” layihəsinə start verilib


“Sumqayıt” Futbol Akademiyasında “İstedad Proqramı” layihəsinə start verilib. Bu layihə akademiyamızda futbolun sirlərini öyrənən, gələcək vəd edən perspektivli futbolçularla fərdi sistem üzərindən inkişaf proqramıdır. “İstedad Proqramı”nın ilk mərhələsində U-15, U-16, U-17 və U-19 komandalarımızda fərqlənən futbolçular iştirak edəcək.

Həftədə iki dəfə nəzərdə tutulan proqram 4 modul üzrə, hər modul isə 6 həftə olmaqla davam edəcəkdir. Layihəni keçirməkdə əsas məqsəd daha perspektivli akademiya üzvlərimizin futbola yanaşması, gündəlik həyatları, təhsilləri və digər məsələləri diqqətdə saxlamaqdır. Bundan başqa, “İstedad Proqramı” layihəsindəki futbolçularımız həftədə iki dəfə olmaqla ingilis dili dərslərində iştirak edəcək. Layihə çərçivəsində futbolçulara fərdi məşqlərlə yanaşı, fiziki göstəricilərin artırılması yönündə xüsusi çalışmalar, öz oyunlarının video analizləri və texniki məşqlər keçiriləcək. 16 nəfərlik “İstedad Proqramı”nda mövsüm ərzində dəyişikliklər də oluna biləcək. Belə ki, məşqlərdə özlərini yaxşı tərəfdən göstərən digər futbolçularımız da mütəmadi olaraq bu layihəyə cəlb oluna biləcək.

30-11-2021, 15:20 154
Bu gün, 16:01
Bu gün, 15:07
Bu gün, 15:05
Bu gün, 14:01
Bu gün, 13:46
Bu gün, 13:34
Bu gün, 13:25
Bu gün, 13:23
Bu gün, 11:16
Bu gün, 11:15
Bu gün, 11:12
Bu gün, 11:12
Bu gün, 11:10
Bu gün, 11:07
Bu gün, 11:04
Bu gün, 10:59
Bu gün, 10:57
Dünən, 18:01
Dünən, 14:11
Dünən, 14:05
Dünən, 14:04
Dünən, 14:03
Dünən, 14:00
Dünən, 13:59
Dünən, 13:58
Dünən, 11:15
Dünən, 09:30
Dünən, 07:18
18-04-2024, 13:10
18-04-2024, 12:34
18-04-2024, 11:48
18-04-2024, 11:24
18-04-2024, 11:08
18-04-2024, 11:05
18-04-2024, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
1 2 3 4 5 6 7 8 9 10 ... 837